İngiltərə parlamentinin deputatı Patrik Spenser çərşənbə axşamı iki cinsi zorakılıq maddəsi ilə ittiham olunub.
Birləşmiş Krallığın Kral Prokurorluq Xidmətinin (CPS) verdiyi məlumata görə, bir Britaniya parlament üzvü 2023-cü ildə Londonda yerləşən Groucho adlı özəl klubda baş verdiyi iddia edilən hadisələrlə bağlı seksual təcavüz ittihamı ilə günahlandırılıb.
Britaniya qəzetinin xəbərinə görə, Mərkəzi Suffolk və Şimali Ipswich bölgəsinin nümayəndəsi Patrik Spenser 37 yaşındadır və keçmiş Mühafizəkarlar Partiyasının xəzinədarının oğlu Maykl Spenserin oğludur. O, iki fərqli qadına qarşı cinsi təcavüzlə bağlı iki ayrı ittihamla üzləşib.
Mühafizəkarlar Partiyası, Londonda yerləşən Groucho klubunda baş verdiyi iddia olunan hadisələrlə bağlı ittihamlar səbəbilə parlament üzvünə verdiyi dəstəyi geri çəkib. Bu klub 1985-ci ildə açılıb və aktyorlar, məşhurlar, komediyaçılar və media nümayəndələrinin tez-tez getdiyi bir məkandır.
Xüsusi Cinayətlər və Terrorla Mübarizə bölməsinin rəhbəri Frank Fergusen bildirib: “Metropoliten polisinin təqdim etdiyi sübutları araşdırdıqdan sonra parlament üzvü Patrik Spenserə qarşı iki cinsi təcavüz ittihamını təsdiqlədik. Bu ittihamlar, 2023-cü ilin avqust ayında Londunun mərkəzində yerləşən Groucho klubunda iki müxtəlif qadınla bağlı baş verdiyi iddia edilən iki hadisəyə əsaslanır.”

O, əlavə olaraq deyib: “Kral Prokurorluq Xidməti bütün əlaqədar tərəflərə xatırladır ki, bu şəxsə qarşı cinayət işi artıq aktivdir və onun ədalətli məhkəmə hüququ var. Bu məhkəmə prosesinə hər hansı formada təsir edə biləcək hesabat, şərh və ya onlayn məlumat paylaşımı son dərəcə zərərlidir və yolverilməzdir.”
Bundan əvvəl 2025-ci ilin Yanvarında Leyboristlər Partiyasından olan digər bir parlament üzvü Ayver Kaplin uşaq istismarı ittihamı ilə həbs edilmişdi.