Britaniya hökumətinin sözçüsü çərşənbə günü səhər saatlarında bildirib ki, ölkənin baş naziri Tel-Əviv rəhbərlərini əmin edib ki, London sionist rejimə “sarsılmaz dəstəyi” davam etdirəcək.
İngiltərənin müstəqil Fələstin dövlətinin tanınması ilə bağlı iddialarına baxmayaraq, London sionist rejimin cinayətlərini dəstəkləməkdə sadiqdir.
Britaniya hökumətinin sözçüsü çərşənbə günü səhər saatlarında deyib: Baş nazir Keir Starmer İsrailin baş naziri Benyamin Netanyahuya əmin edib ki, London sionist rejimə “sarsılmaz dəstəyi” davam etdirəcək.
O, həmçinin iddia edib: “Böyük Britaniyanın baş naziri və Fələstin Muxtariyyətinin prezidenti (Mahmud Abbas) təcili atəşkəs və (Qəzzəyə) dərhal və qeyri-məhdud yardım göndərilməsinin zəruriliyi barədə razılığa gəliblər.”
Digər tərəfdən, Böyük Britaniya xarici işlər nazirinin Qərbi Asiya üzrə müavini Hmiş Falkoner də iddia edib: “Biz Fələstin dövlətinin tanınmasına çoxdan sadiqik”.
Məlumata görə, Falkoner, həmçinin əlavə edib: Bu gün biz (Fələstinin) əzablarını yüngülləşdirmək və iki dövlətli həlli dəstəkləmək üçün sülh planı çərçivəsində addımlar atdıq.