Xarici KİV-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında kütləvi edamlar silsiləsi bitmir və bu dəfə bir sıra insanların cəm şəkilində edam olunması gözlənilir. Hərçənd ki, ingilis qəzetinin verdiyi məlumata əsasən onların sayı bilinmir. Bu qəzet, Ərəbistan höumətinin Milad bayramlarından cəm şəkilində edamlar üçün örtük ünvanında istifadə etməsi qərarını ifşa edib. Qəzet bu məlumatı, bu barədə Britaniyanın Xarici İşlər nazirinə çatan bildiriş əsasında yazıb.
İngiltərə Parlamenti nümayəndələri Xarici İşlər naziri Ceymis Cleverliyə xitabən yazıblar ki, Səudiyyə Ərəbistanı 2016-cı ildə aralarında uşaq da olmaqla təxminən 50 nəfəri edam etdiyi kimi yenə də Milad bayramı tətilindən yeni cinayətə bulaşmaq üçün bir örtük kimi istifadə etməyə qərarlıdır.
Bu ingilis qəzeti, İnsan Haqları qruplarının sözlərinə görə edam olunması gözlənilən 60 nəfərin adının Ərəbistanda önə çıxdığına işarə edib. Hərçənd ki, onların sayının daha da çox olması ehtimal olunur.
İngiltərə nümayəndələri vurğulayıblar ki, Səudiyyə Ərəbistanının bu hökmlərin icra olunması üçün dünya xalqlarının Milad bayramı günlərinə başlarının qarışmasından sui-istifadə etməsi təəccüblü deyil. Necə ki, ötən iki həftə ərzində dünya, Dünya Çempionatına baxmağa məşğulkən azı 20 nəfəri o cümlədən, 12 nəfər xarici vədəndaşı edam edib. Ötən iki həftə ərzində sayları 17-yə çatmış narkotik maddə cinayətləri ilə əlaqədar edamları da bunlara əlavə etmək lazımdır. Bu, o halda baş verib ki, Riyad bundan əvvəl narkotik maddələrlə əlaqədar cinayətlərlə görə edam hökmü verməyəcəyinə dair söz verib.