• ƏSAS SƏHİFƏ
  • Masson yalanları
  • Vəhhabi yalanları
  • Amerika yalanları
  • Pantürk yalanları
  • Video
  • Poster
Ifsha24.org
  • ƏSAS SƏHİFƏ
  • Masson yalanları
    İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

    İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

    Qəzzəyə humanitar yardımın daxil olması ilə bağlı yalan; işğalçı ordunun yeni təcavüzə hazırlığı

    Qəzzəyə humanitar yardımın daxil olması ilə bağlı yalan; işğalçı ordunun yeni təcavüzə hazırlığı

    İsrail rejiminin BƏƏ-dəki səfirinin etik rüsvayçılığı

    İsrail rejiminin BƏƏ-dəki səfirinin etik rüsvayçılığı

    ABŞ qəzeti İsrail rejiminin yalanlarını ifşa edib

    ABŞ qəzeti İsrail rejiminin yalanlarını ifşa edib

    Keçmiş ABŞ polkovniki: Qəzzədə İsraildən gördüklərim İŞİD-dən gördüklərimdən daha vəhşicəsinə idi

    Keçmiş ABŞ polkovniki: Qəzzədə İsraildən gördüklərim İŞİD-dən gördüklərimdən daha vəhşicəsinə idi

    Avropada uşaq oğurluğu hadisəsində Mossadın izi

    Avropada uşaq oğurluğu hadisəsində Mossadın izi

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • Vəhhabi yalanları
    Suriya İnsan Haqları Müşahidə Qrupu: Suveydada 250 nəfər meydanda edam edilib

    Suriya İnsan Haqları Müşahidə Qrupu: Suveydada 250 nəfər meydanda edam edilib

    Suriya İstintaq Komitəsinin ələvi qırğınına görə terrorçulara bəraət qazandırmaq üçün səyləri

    Suriya İstintaq Komitəsinin ələvi qırğınına görə terrorçulara bəraət qazandırmaq üçün səyləri

    Əl-Colani üsyançılarının Suriyanın cənubunda törətdiyi cinayətlərin təsdiqlənməsi

    Əl-Colani üsyançılarının Suriyanın cənubunda törətdiyi cinayətlərin təsdiqlənməsi

    Suriya üsyançılarının druzi kişilərinə qarşı alçaldıcı hərəkəti

    Suriya üsyançılarının druzi kişilərinə qarşı alçaldıcı hərəkəti

    Dəməşq hakimiyyətinin sükutunun kölgəsində sionist işğalçıların Suriya silahlarını talan etməsi

    Dəməşq hakimiyyətinin sükutunun kölgəsində sionist işğalçıların Suriya silahlarını talan etməsi

    Reuters agentliyi Suriya üsyançılarının ələvi qırğınında iştirakı barədə məlumat yayıb

    Reuters agentliyi Suriya üsyançılarının ələvi qırğınında iştirakı barədə məlumat yayıb

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • Amerika yalanları
    Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

    Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

    ABŞ-ın İsrail döyüş maşınına 22 milyard dollar yardımı

    ABŞ-ın İsrail döyüş maşınına 22 milyard dollar yardımı

    Tramp; qoyun dərisindəki canavar

    Tramp; qoyun dərisindəki canavar

    Doğru Vəd-3 əməliyyatından sonra ABŞ-ın raket ehtiyatlarının zəifləməsi

    Doğru Vəd-3 əməliyyatından sonra ABŞ-ın raket ehtiyatlarının zəifləməsi

    Amerikalı jurnalist: İsrailə cavab ABŞ-ın İrana qarşı onilliklər ərzində apardığı təbliğatı neytrallaşdırdı

    Amerikalı jurnalist: İsrailə cavab ABŞ-ın İrana qarşı onilliklər ərzində apardığı təbliğatı neytrallaşdırdı

    Uşaq cinsi ticarət qaçaqçısı ilə bağlı sənədlərdən Trampın adını senzura etmək cəhdləri

    ABŞ Ədliyyə Nazirliyi Trampa Epstein işlərində adının keçdiyini bildirib

  • Pantürk yalanları
    Türk millət vəkili: Hökumətə ayıb olsun, İsraillə əməkdaşlıq davam edir

    Türk millət vəkili: Hökumətə ayıb olsun, İsraillə əməkdaşlıq davam edir

    Türkiyə ritorikaya baxmayaraq, İsrailin beşinci ən böyük ticarət tərəfdaşıdır

    Türkiyə ritorikaya baxmayaraq, İsrailin beşinci ən böyük ticarət tərəfdaşıdır

    MAŞAV; Təl-Əvivin Bakının mərkəzinə nüfuz etmək üçün vasitəsi

    MAŞAV; Təl-Əvivin Bakının mərkəzinə nüfuz etmək üçün vasitəsi

    İsrail və Türkiyə Suriyanı öz aralarında bölüşdürürlər

    İsrail və Türkiyə Suriyanı öz aralarında bölüşdürürlər

    Türkiyədə etirazları işıqlandıran jurnalistlərin həbs edilməsi

    Türkiyədə etirazları işıqlandıran jurnalistlərin həbs edilməsi

    Almaniyanın keçmiş səfirinin Türkiyənin “Cəbhət ən-Nusra” ilə əməkdaşlığına dair etirafları

    Trending Tags

    • Golden Globes
    • Game of Thrones
    • MotoGP 2017
    • eSports
    • Fashion Week
  • Video
    12 günlük müharibədə İsrailin itkiləri – Video

    12 günlük müharibədə İsrailin itkiləri – Video

    Trampın Harvard qalmaqalı – Video

    Trampın Harvard qalmaqalı – Video

    Qatil İsrailin aclıq layihəsi!  – Video

    Qatil İsrailin aclıq layihəsi!  – Video

    Netanyahu atəşkəs istəmir! – Video

    Netanyahu atəşkəs istəmir! – Video

    İsrail tərkisilah edilməlidir! – Video

    İsrail tərkisilah edilməlidir! – Video

    Ay sayt alan! – Video

    Ay sayt alan! – Video

    “Global Media”nın mahiyyəti – Video

    “Global Media”nın mahiyyəti – Video

    Xarici siyasətdə tamada sözü – Video

    Xarici siyasətdə tamada sözü – Video

    Halal çörək?! – Video

    Halal çörək?! – Video

    Trending Tags

    • Poster
    No Result
    View All Result

      İlk azərbaycanlı mason kim olub?

      İyun 15, 2022
      Masson yalanları
      İlk azərbaycanlı mason kim olub?
      Facebook-da paylaşınTwitter-da paylaşınWhatsapp-da paylaşın

      Masonluq… İnsanların daim maraqla, həvəslə təqib etdikləri mövzu…Ümumiyyətlə, hər zaman insan oğlu gizli, sirli məfhumlara daim maraq duyub. Masonluq gizli cəmiyyətdirmi? Yoxsa açıq, lakin özündə bəzi gizlinləri saxlayan bir cəmiyyətdirmi? Bu sualın cavabı hələ ki, tam olaraq cavablandırılmayıb.

      Masonluq haqda çox yazılıb, çox deyilib. Kimiləri masonluğun tarixini Qədim Misirə, kimiləri Süleyman peyğəmbərin inşa etdirdiyi məbəddə çalışan bənnalara, kimiləri orta əsrlərin daş ustalarına, kimiləri Tamplier ordeninə, kimiləri Reformasiya dövrünün aydınlarına, kimiləri isə burjuaziyanın meydana gəlməsi ilə ortaya çıxan kapitalist cəmiyyətinə aparıb çıxarır. Rəsmi olaraq, masonluğun bir cəmiyyət halında meydana gəlməsi, daha doğrusu ilk böyük lojanın təsis olunması isə 1717-ci ilə təsadüf edir. Belə ki, 24 iyun 1717-ci ildə Londonda 4 loja birləşərək, İngiltərə Birləşmiş Böyük Lojasını (United Grand Lodge of England) yaratdı ki, hazırda bu loja requlyar masonluğun ana lojası hesab edilir.

      Bu yazıda masonluğun tarixindən, onun hansı inkişaf mərhələlərindən keçdiyindən, onun haqda uydurulan və ya gerçək olan əfsanə və miflərdən danışmayacağıq. Sadəcə,  tarixin ən qədim və ən sirli qardaşlıq cəmiyyətinin Azərbaycan tarixində yeri haqqında bildiklərimizi paylaşmağa çalışacağıq. Azərbaycan tarixində ilk mason kim olub? Ümumiyyətlə, tarixi şəxsiyyətlərimizdən kimlər mason olub?

      Bu suala cavab verməmişdən öncə onu qeyd etmək istərdim ki, Azərbaycanda masonluğun tarixi barədə müfəssəl və sistematik məlumatlar yoxdur. Adətən bir ölkədə masonluğun tarixi, ölkə tarixində yer almış masonlar haqqında, o ölkədə fəaliyyət göstərən böyük lojaların arxivində məlumatlar olur. Bizdə isə Milli Böyük Lojanın yaranması 10 il əvvələ təsadüf etdiyindən belə bir arxivin mövcud olması inandırıcı deyil. Bundan başqa, güman ki, belə məlumatlar varsa da, ancaq və ancaq müxtəlif dövlətlərin – Rusiya, İran, Avropa dövlətlərinin (Fransa, Polşa, Rumıniya və s.)  arxivlərində ola bilər.

      Azərbaycanda qardaşlıq cəmiyyətlərinin yaranması hələ XI-XII əsrlərə təsadüf edir. Bu zaman Yaxın Şərqin bir çox bölgələrində geniş yayılmış “Əxilik” cəmiyyətləri Azərbaycan ərazisində də yayğın idi. Lakin bu mövzuda başqa yazımızda ətraflı məlumat verdiyimizdən yenidən bu haqda təkrarçılığa yol vermək fikrimiz  yoxdur.

      Avropada, eləcə də Yaxın Şərqdə dini-fəlsəfi, siyasi fikrin formalaşması dolayısı yolla, mason ideyalarının da bu və ya başqa formada yaranmasına və yayılmasına səbəb olurdu. Orta əsr Azərbaycan dövlətlərinin ərazilərində masonluğun yayılıb-yayılmaması və ya kimlərin mason olması haqda yetərli material olmasa da, Qərb tarixçiləri tərəfindən Əfşarlar dövrünə aid bəzi məlumatlar gəlib çatır.

      İranlıların masonluqla ilk tanışlığı İrandan kənarda, Hindistanda və Avropa ölkələrində baş tutmuşdur. İranlıların masonluqla tanışlığının dəlilləri ilk olaraq, Mir Əbdül-Lətif Şüstəri tərəfindən yazılmış Hindistan xatirələri – “Töhfət əl-Ələm”dir. O, masonluğu, əsasən, Avropa ölkələrində meydana gəldiyini, lakin hər kəsə, bütün dinlərə açıq oldğuğunu, onun hindililər və Hindistanda yaşayan farsdilli kəsim tərəfindən “fəramuşi” (“unudulmuşlar”) adlandırıldığını qeyd edir. O, həmçinin qeyd edir ki, digər müsəlmanlarla birlikdə burada yaşayan farslar 1730-cu ildə əsası qoyulmuş Kəlküttə lojasında inisiasiya olunurdular.

      Avropada masonluqla ilk dəfə tanış olan isə 1800-1802-ci illərdə Londonda yaşamış Mirzə Əbu-Talib xan İsfahani olub. Lakin 1802-ci ildə guya masonlar arasında qızğın və əxlaqsız davranışlar səbəbindən bu təklifi ləğv edib.

      Əksinə, 1808-ci ildə Parisdə Napaleonun dövlət naziri olan Reqno de Sen-Jan d’Anjeli (Regnault de Saint-Jean d’Angély) tərəfindən təklif olunan və qəbul edilən Fətəli şahın nümayəndəsi  Əsgər xan Əfşar olub.

      Britaniya masonluğuna qəbul edilən digər şəxs isə Abbas Mirzə tərəfindən İngiltərəyə təhsil üçün göndərilən beş nəfərdən biri olan Mirzə Saleh Şirazi olmuşdur. (1818) Ondan başqa, Mirzə Cəfər xan Fərahani də İngiltərədə masonluğa qəbul olunanlar arasında idi.

      1834-cü ildə Fətəli şahın ölümündən sonra onun üç oğlu – Nəcəfqulu, Rzaqulu və Teymur Britaniyanın Tehrandakı səfiri Ceyms Freyzer (James Fraser) tərəfindən Londona dəvət olunaraq, masonluğa qəbul olundular.

      Çox təəssüflər olsun ki, digər xanlıqların (xüsusilə, Şimali Azərbaycan xanlıqlarının) həyatında masonluğun hansı statusa malik olması haqqında əlimizdə bir fakt yoxdur.

      Sadəcə, bu dövrdə mövcud olmuş bir neçə ədəbi məclislərə nəzər salmaq maraqlı gələr. Düzdür, bu ədəbi məclislərin birbaşa masonik cəmiyyətlər olduğunu deyə bilmərik, lakin bəzilərinin fəaliyyət arealı, üzvləri bizdə müəyyən “şübhələr” oyadır. Bu baxımdan iki ədəbi məclisi xüsusilə qeyd etmək istərdik.

      Bunlardan Azərbaycanda qurulan ilk ədəbi məclis olan “Divani-Hikmət”i qeyd edə bilərik. Məclis, 1820-1830-cu illər arasında, Gəncədə, şair Mirzə Şəfi Vazeh tərəfindən qurulmuş, 1841-ci ildə onun Tiflisə köçməsi səbəbiylə, 1841-1846-cı illər arası fəaliyətini Tiflisdə davam etdirmişdir. Yığıncaqlarına Azərbaycan şairləriylə bir arada ruslar, almanlar, ermənilər və başqalarının da qatıldığı tək ədəbi məclisdir. “Divan-i Hikmət’in fəaliyətləri və toplantıları, Tiflisdə 1852-ci ilə, Mirzə Şəfi Vazehin ölümünə qədər, Gəncədə isə 1882-ci ilə, Mirzə Mehdi Nacinin ölümünə qədər davam etmişdir. Məclisin fəal üzvləri Mirzə Mehdi Naci, Şeyx İbrahim Qüdsi, Ağa İsmayıl Zəbih və Molla Abbas Şölə olmuşdur.

      Digər məclis isə “Məclisi Fəramuşan”dır. Bu ad ilk baxışdan bizə Mirzə Melkum xanın İranda təsis etdiyi ilk mason cəmiyyəti “Fəramuşxana”nı xatırlatsa da, bunun masonik bir yapılanma olub-olmadığını qəti söyləyə bilmərik. Ədəbi məclis 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri Xurşidbanu Natəvan, Həsənəliağa xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, M.Ə.Baki, B.Səbur, B.Fədai, M.Katib, Məşədi Abdulla bəy Abış olmuşdur.Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.

      Lakin bu, bir həqiqətdir ki, Rusiya ərazisində mövcud olan ədəbi məclislərin, demək olar ki, hamısı mason dairələrlə bu və ya digər formada bağlı və ya onların təsiri altında idi.[1] Azərbaycanın da o zaman çar Rusiyasının bir bölgəsi olduğunu nəzərə alaraq, bu cəmiyyətlər arasında hansısa əlaqənin olması ağlabatandır.

       Azərbaycanda milli burjuaziyanın formalaşması, millətiçilik ideyalarının güclənməsi ilə bu iş daha da gücləndi. Buna Avropa və  çar Rusiyasının ictimai-siyasi həyatında rol oynayan şəxslər və hadisələr mühüm təsir edirdi. Neft sənayesinin, eləcə də, dağ-mədən sənayesinin inkişafı, Azərbaycana xarici iş adamlarının və şirkətlərinin axını, bu prosesə xüsusi rəng qatırdı.

      Ədəbi məclislərdən başqa, bu dövrdə (əsasən, XX əsrin əvvəllərində) yaradılmış mədəni – maarifçilik cəmiyyətlərinin (“Nəşri-Maarif”, “Nicat”, “Səadət”, “Şəfa”, ”Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti”) də milli fikrin formalaşmasında böyük rolu olmuşdu.[2] Bu cəmiyyətlərin təsisçilərinin və ya üzvlərinin bəzilərinin mason olması ağlabatandır. Lakin yenə də təkrarən qeyd edirik ki, mənbə yoxluğundan konkret fikir ortaya qoya bilmirik.

      Bəzi iddialara görə, tarixi şəxsiyyətlərimizdən Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazımbəy və s. mason olub. Lakin bunlar haqqında heç bir təsdiqləyici sənədlər mövcud deyil. Lakin Mirzə Fətəli Axundovun masonluqla müəyyən dərəcədə əlaqəsinin olduğu konkret məlumdur. Bunu da “Kəmalddövlə məktubları”nda rast gəlinən bir neçə nüansla izah etmək olar.

      Mirzə Fətəlinin Ərəb əlifbasını dəyişdirmək yolundakı fəaliyyəti zamanı maraqlı nüanslardan biri Mirzə Melkum Xana ünvanladığı məktublardır. Məktublarda “Əlifba islahatı” yolunda Melkum Xanla məsləhətləşmələr, problemin Avropa qəzetlərinə çıxarılması və digər məsələlər əksini tapıb.
      Axundov 1871-ci il 8 mart tarixli məktubunda Mirzə Melkum xana yazır :

      “ Mən və sən əlifbanı dəyişdirmək fikrini irəli sürməklə öz borcumuzu bəşəriyyət qarşısında və mədəniyyətin inkişafı uğrunda yerinə yetirmişik. Bizim adımız həmişə tarixdə qalacaq və övladlarımız tərəfindən hörmət və iftixarla qeyd ediləcəkdir”

      Mirzə Fətəli Axundovun Mirzə Melkum Xana yazdığı başqa bir məktub isə belədir :

      “Mənim sizə göndərdiyim bütün məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın. Bu məktublar biz öldükdən sonra gələcək nəsil üçün tarixi və əntiqə sənədlər olacaqdır. Siz böyük bir ”Məramın” böyük bir Atasısınız. Biz isə sizin ”Məramınız” uğrunda çarpışan sadə mücahidlərik. Haqq bizim tərəfimizdə olduğundan, mən əminəm ki, tez ya gec bizim səylərimiz böyük nəticələr verəcəkdir. Dünyada hər bir böyük iş böyük maneələrə və əngəllərə rast gəlir. Lakin əminəm ki, bizim əzmimiz bütün maneələrə, axmaqlıq, cəhalət və bədbəxtliklərə qalib gələcəkdir…”

       Bəli, Mirzə Fətəli Axundov İranda masonluğun atası kimi tanınan Mirzə Melkum Xana məktubda açıq bir formada daim yanında olduğunu bəyan edir. 

      Əlifba islahatını ”mason” birinin dəstəyi ilə edən Axundovun özünün də Mason cəmiyyətinə üzv olduğuna inanmaq axmaqlıq olmazdı təbii ki… 

      Məktubunda hətta : “Siz böyük bir ”Məramın” böyük bir Atasısınız. Biz isə sizin ”Məramınız” uğrunda çarpışan sadə mücahidlərik” cümləsi Axundovun masonluğa xidmət etdiyinin isbatıdır.

      Haşiyədən kənara çıxıb onu da qeyd edək ki, Mirzə Melkumun atası Akop Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində erməni ailəsində doğulub. Mirzə Melkum gənc yaşlarında Avropaya səyahət etmiş, iran, fransız və rus dillərini öyrəndikdən sonra İrana getmiş və ixtisasi üzərə çalışmağa başlamışdır. Savadı ilə diqqət çəkdikdən sonra İran xarici işlər nazirinin tərcüməçisi vəzifəsində çalışmağa başlamışdır.

       1857-ci il dekabr ayının 10-da İran nümayəndə heyətinin bir sıra üzvləri ilə birlikdə “Səmimi dostlar” Mason lojasına üzv olmuş, İrana qayıtdıqdan sonra isə tərcüməçilik fəaliyyətinə başlamış və İranda ilk teleqrafı qurduğuna görə Şahın təqdirini qazanmışdır. Buna görə də Nəsrəddin şahın icazəsi ilə 1860-cı ildə Parisdəki ”Farmason” təşkilatlarına uyğun olaraq İranda ilk mason lojası olan ”Fəramüşxana”nı’ yaradır.

      Bu Fəramüşxananın iclaslarında İran üsul-idarəsi kəskin tənqid edilir. Masonların əsas ideyaları olan “Qardaşlıq, Bərabərlik, Azadlıq” kimi fikirlər irəli sürülürdü. Lakin tezliklə “Fəramüşxana”nın bilavasitə İngiltərəyə bağlı olması aşkara çıxarıldığı üçün İranda “Vəqaye-ettefaqiyyə” qəzetində bəyənnamə çap olunmuş və beləliklə İranda qurulan mason lojası dağıdılıb, üzvləri isə sürgün edilmişdir. İranda ”Faramüşxana” sözüdə qadağan edilmişdir. 

       Mirzə Melkum bundan sonra İstanbula qayıdır və 1864-cü ildə 
      erməni əsilli türk qızı Hanriet ilə evlənir.

       Mirzə Melkum Xan ”Qanun” adlı qəzet nəşrinə başladıqdan sonra ”Adəmiyyət” cəmiyyətini yaradır. Bu cəmiyyət bilavəsitə Mason cəmiyyətinə bənzəyirdi. İl 1908-i göstərdiyində isə artıq 
      Mirzə Melkum Xan həyatda deyildi.

       Beləliklə, Mirzə Fətəli Axundovun mason olması fikri öz təsdiqini tapır. Lakin onun tariximizdə ilk mason olub-olmaması məsələsi açıq qalmaqdadır.

      Cəmaləddin Əfqaninin də “qardaşlıq” cəmiyyətinə üzv olması barədə fikirlər mövcuddur.[3] Cəmaləddin Əfqani (əsl adı Seyid Məhəmməd ibn Səfdər) 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulmuşdur. Ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş və hər üç dildə əsər yazmışdır. O, fransız və rus dillərinə də bələd idi. Son vaxtlara qədər konkret olaraq onun hansı millətə mənsub olduğu dəqiq məlum deyildi. Bəzi mənbələrdə onu ərəb hesab edirlər. Hətta onun sevimli tələbəsi Şeyx Məhəmməd Əbdeh onun Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsi ilə peyğəmbər nəslinə mənsub olduğunu göstərir və seyid titulunu da bununla əlaqələndirir. Amma müasirləri, xüsüsən şagirdləri onun özündən milliyət etibari ilə türk olduğunu eşitmişlər.

      Cəmaləddin Əfqani mason cəmiyyətinə üzv olubmu?  Əgər olubsa, bu onun fəaliyyəti üzərinə kölgə salırmı? Əfqanini tənqid edənlər onun masonluğunu ən böyük xəta kimi dəyərləndirirlər.

      Tərəfdarlarının isə bəziləri Şeyxin masonluqla əlaqəsinin olmadığını iddia edirlər. Və hər iki yanaşma birtərəfli və qüsurludur. Birincisi ona görə ki, tarixi şəxsiyyətlərin fəaliyyətini çağdaş dövrün baxış bucağından deyil, onların yaşadığı zamanın tarixi şərtlərinə görə dəyərləndirmək lazımdır. İkincisi, C.Əfqani də digər böyük tarixi şəxsiyyətlər kimi səhvləri, yanlışlıqları olan bir insandır, amma şübhəsiz ki, o, getdiyi yolun və düşüncələrinin doğruluğu qənaətində olmuşdur. Əfqaninin masonluğu haqda fikir yürütməzdən əvvəl onun fəaliyyətini və yaşadığı dövrün ictimai-siyasi şərtlərini  nəzərə almaq lazımdır. Cəmaləddin islam dünyasının siyasi, iqtisadi, dini-mənəvi və mədəni cəhətdən gerilədiyi və Avropa dövlətlərinin Şərqə müstəmləkəçilik yürüşünün genişləndiyi bir dövrdə yaşamışdır. Zamanın mürəkkəb və ziddiyyətli siyasi prosesləri, islam aləminin üz-üzə qaldığı sonu görünməyən və əzici problemlər mütəfəkkirin siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdirmişdir:  müsəlmanların, bütün Şərq xalqlarının azadlığı, dirçəlişi və inkişafı uğrunda  mübarizə onun həyat amalına çevrilmişdir. Və o, öz məqsədlərinə çatmaq, ideyalarını gerçəkləşdirmək üçün dövrünün çox müxtəlif ictimai və siyasi qüvvələrindən – Misir xədivindən və Hicaz əmirindən Osmanlı sultanınadək, o cümlədən mason cəmiyyətlərindən  barışmaz düşməni olduğu İngiltərə siyasətçilərinə qədər – istifadə etməyə cəhdlər göstərmişdir. Və bu dövrlərdə masonluq Fransa inqilabının “Azadlıq, Qardaşlıq və Bərabərlik” şüarlarını əldə tutaraq  olumlu təəssürat yaradan bir hərəkat idi. Başında sayılıb-seçilən insanlar, din öndərləri dururdu. Sionist hərəkatla (1880-ci illərin sonlarında yarandı) əlaqələri hələ  ortada deyildi.

          Digər tərəfdən isə C.Əfqaninin Misirdə fəaliyyət göstərdiyi illərdə (1871-1879) burada siyasi amacları ortaya qoya biləcək bir milli siyasi təşkilat yox idi. Yeganə  leqal cəmiyyət mason təşkilatları idi. Buna görə də Cəmaləddinin öz geniş siyasi fəaliyyətində, ictimai-siyasi şüurun oyanışı və milli-azadlıq hərəkatının hazırlanması işində mason cəmiyyətindən istifadə etmək cəhdi təbii qarşılanmalıdır.

          Araşdırmalara görə masonluq Yaxın Şərqə fransızlar tərəfindən gətirilmişdir və Qahirədə də ilk mason cəmiyyəti 1798-ci ildə Napoleon Bonapartın adamları  tərəfindən yaradılmışdır. XIX əsrin ikinci yarısında Misirdə və Suriyada olan mason cəmiyyətləri əsasən fransızların Böyük Şərq (Grand Orient, əsası 1772-ci ildə qoyulmuşdu) və ingilis mason lojasına bağlı olan şotland  (General Scotch, 1804-cü ildə yaranmışdı) lojalarına bağlı idi. Bu lojaların adı altında çalışmaq hökumətin güclü təzyiqindən qorunmaq anlamına da gəlirdi. Görünür, Əfqani həm də buna görə  özünün milli-azadlıq hərəkatının hazırlanması və anti-müstəmləkə proyektlərində mason lojalarından istifadə etməyi məqsədəuyğun bilmişdir.

         Bəzi qaynaqlara görə Cəmaləddin hələ 1871-ci ildə İstanbulda olarkən mason təşkilatına üzv olmuşdur. Amma istər “Xatirələr”də, istərsə də araşdırmalarda onun aktiv masonluq fəaliyyətinin Misirdə gerçəkləşdiyini təsdiqləyən faktlar vardır.

           Cəmaləddin 1875-ci ildə “Şərq Ulduzu” şotland lojasına daxil olmuşdur. Şeyxlə birlikdə onun davamçıları da bu lojaya üzv olurlar. O dövrdə Şotland lojasının  üzvləri iri feodallar, o sıradan xədiv ailəsindən olan əyanlar, ingilis bankları ilə əlaqədar olan tacir və sələmçilər və sənaye sahibləri idilər.

        Əfqani tez bir zamanda – 1878-ci ildə Şotland lojasının  rəhbərlərindən birinə çevrilir. Lakin onun burada fəaliyyəti uzun çəkmir. Elə həmin ildə Cəmaləddinlə  loja rəhbərliyi arasında ciddi ixtilaf baş verir. Əfqani şotland lojasından Misirə qarşı müstəmləkəçilik siyasəti əleyhinə mübarizədə dəstək istəyir. Lakin o, qardaşlardan birindən “Masonluğun  siyasətlə bir ilgisi yoxdur. Mən lojamız haqqında hökumətin sərtləşməsindən və onu cəzalandırmasından qorxuram” cavabını alır.  Bu sözlərə tənqidi yanaşan Cəmaləddin deyir: “Mən Misirdə hər cür qəribəlik və qeyri-adilik eşidib görəcəyimi gözləyirdim, fəqət qorxunun mason lojalarının sütunları arasına qədər girə biləcəyini heç təsəvvür etməzdim”

          Loja rəhbərliyindən fərqli olaraq Əfqani  hesab edirdi ki, masonlar fəal siyasi işlə məşğul olmalıdırlar. Buna görə də Cəmaləddin “masonluğun siyasətlə bir əlaqəsi yoxdur” fikrinə qarşı öz iradlarını bildirərək, deyir: “Əgər masonluq azad insan yetişdirmək üçün bütün imkanların olduğu dünya siyasətinə girməz, sahib olduğu inşaat materiallarını köhnəni yıxmaq, həqiqi azadlığın, qardaşlığın və bərabərliyin dirəklərini ucaltmaq və zülm köşklərini dağıtmaq üçün istifadə etməzsə, o zaman azad insanların əlləri daşyonma çəkici daşımamış, qurmaq istədikləri binanın bir guşəsi belə tikilməmiş olar” Bununla da Əfqani lojanı tərk edir. Cəmaləddinlə bərabər Şotland lojasından onun tərəfdarları da çıxırlar.

          Bu vaxtlar Fransa İngiltərəyə qarşı mübarizədə Misirə kömək edirdi. Əfqani də bu uluslararası çəkişmələrdən istifadə etməyə çalışır. Və o,  1878-ci ildə  Fransanın “Böyük Şərq” lojasına bağlı milli lojanı (əl-Məxfil əl-Vətəni) təsis edir. Misirin bir sıra dövlət adamları – o sıradan xədiv Tevfik, aydınlar və din alimləri bu lojaya üzv olurlar və çox keçmir ki, Milli lojanın fəal üzvlərinin sayı 300-ü ötür.

         Şeyxin təşəbbüsü ilə milli loja sistemli təşkil edilmişdi və bir sıra bölmələrə ayrılmışdı: maliyyə, hüquq, hərbi, ictimai işlər və s. Hər bölməyə bir nazirliyə nəzarət etmək tapşırığı verilmişdi.  Bölmələrə  Ə.İshaq, Müveylixi qardaşları, M.Abduh  kimi görkəmli yazıçılar, ictimai və din xadimləri rəhbərlik edirdilər.  Bölmələrin işi müvafiq nazirliklərlə əlaqə saxlamaqdan və “ədalətsizliyin və nöqsanların aradan qaldırılması”ndan ibarət idi. Məsələn, ictimai işlər bölməsi misirlilər və avropalılar üçün  eyni əməyə görə bərabər haqqın ödənilməsinə nail olmuşdu; hərbi bölmə misirlilər və çərkəz əsilli olub sonradan Misirə gəlmiş zabitlər üçün bərabər hərbi xidmət şəraitinin yaradılmasını tələb edirdi; maliyyə bölməsi korrupsiya və oğurluq əleyhinə mübarizə aparırdı və s. Bundan başqa bölmələrin fəaliyyəti və  aşkar edilən nöqsanlar haqqında mətbuat vasitəsilə ictimaiyyətə məlumat verilirdi.

          Lojanın fəaliyyəti toplumda bir tərpəniş yaratdı və bu hal xədiv Tevfik Paşanı narahat etdi. O, Əfqanini görüşə dəvət etdi və misirlilərin əksəriyyətinin cahilliyini və tənbəlliyini, buna görə də hələ dəyişikliklərə və islahata hazır olmadıqlarını onun nəzərinə çatdırdı. Bununla da xədiv dolayısıyla Şeyxin və Milli lojanın fəaliyyətinin məqsədəuyğun olmadığını bildirmiş oldu. Amma Cəmaləddin cavabında Misir xalqının  alim və ağıllı insanlardan da yoxsul olmadığını vurğulayaraq, xalqa azadlıq verilməsinin, onun şura əsasında, seçkili məclis yoluyla ölkənin idarə olunmasına cəlb olunmasının vacibliyini müdafiə etdi. Tevfik Paşa Əfqaninin sözlərindən razı qalmasa da, öz duyğularını üzə vurmadı. Amma bu söhbət Cəmaləddinin qısa müddətdən sonra Misirdən çıxarılmasına öz təsitini göstərmiş oldu.

          C.Əfqaninin yaratdığı  Milli loja misirlilərdə milli şüurun və vətənpərvərlik hisslərinin oyanışına təkan verdi. Ərabi Paşa inqilabını (1881-82) gerçəkləşdirənlərin öndə gedənləri məhz, bu lojada yetişdilər. 1879-cu ilin başlanğıcında Milli loja ətrafında birləşmiş insanlar və təşkilatlar Misirin ilk siyasi partiyasını– “Hizbül–Vətəni əl-Xürrə”ni yaratdılar.

         Əfqani masonluq haqda deyirdi: “Məni “azad insanlar” binasında çalışmağa sövq edən ilk şey bu önəmli və böyük ideal oldu: Azadlıq, bərabərlik və qardaşlıq.”

      Paul Johnson-a görə, xanım H.P. Blavatsky-nin “ustadları” real insanlar idi və oradakı “Luksor qardaşlığı”nın ustadı “Serapis Bey” elə Cəmaləddin Əfqaninin özü idi.[

         Cəmaləddin Əfqaninin mason lojasına üzv olması tarixi faktdır və onu inkar etmək yox, düzgün dəyərləndirmək lazımdır.  Şeyx bütün fəaliyyəti boyu inandığını etməyə çalışan bir lider  olmuşdur. O, öz siyasi mücadiləsində mason cəmiyyətlərindən istifadənin fayda verəcəyini düşünmüşdür.

      Əhməd bəy Ağaoğlunun mason olması barədə də fikirlər dolaşmaqdadır və burda kifayət qədər həqiqət payı vardır. Bunu, onun Fransada (Sarbonna Universitetində) təhsil alması və burada qardaşlığa daxil olması fikirləri ilə əsaslandırırlar. Ömrünün Paris dönəmində  Əhməd Rza Bəy, Doktor Nazim Bəy, Bahəddinin Şakir kimi öndə gedən “Gənc türklər”lə və panislamist fəal  Cəmaləddin Əfqani ilə tanış olur. Bu tanışıqlar onun fikir həyatının təşəkkülünə təsir etdi. Bundan başqa, onun “İttihad və Tərəqqi” cəmiyyəti ilə də sıx əlaqələri mövcud idi. Onun yazdığı “Sərbəst insanlar ölkəsində” adlı əsəri bütünlüklə qardaşlığa qəbul olunma prosesini xatırladır.

      Əhməd bəy Ağaoğlundan başqa, Əli bəy Hüseynzadənin də mason ola biləcəyi düşünülür. Onun Türkiyədə “İttihad və Tərəqqi” cəmiyyətinin qurucularından biri olması bu qənaətə gəlməyə əsas verir. Düzdür, bu cəmiyyət masonik bir cəmiyyət deyildi. Lakin üzvləri arasında xeyli sayda mason vardı və cəmiyyətə üzv qəbul olunma prosesi başdan-ayağa mason lojasına qəbul törənini xatırladırdı. Bu arada bir şeyi də qeyd etmək maraqlı olardı. Bir məqalədə həm Ə.Ağaoğlu, həm də Ə.Hüseynzadə, Yusuf Akçuralı, İsmayıl Qaspiralı və Ziya Göyalp ilə birlikdə mason hesab edilirlər.[4] Bu şəxslər “Türk yurdu” jurnalında da birlikdə çalışmışlar.

        Milli burjuaziyanın, millətçilik ideyalarının güclənməsi, eləcə də, çar Rusiyasının çöküşü 28 may 1918-ci ildə müsəlman şərqində ilk demokratik cümhuriyyətin yaranmasına gətirib çıxardı. Cümhuriyyətin qurucularının bəzilərinin (xüsusilə M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun) mason olması barədə əsaslı şübhələr vardır. Lakin bu, hər hansı sənədlə təsdiqlənməyib. Xüsusilə, cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşayan bir sıra “qurucu babalarımız”ın bəzi Avropa ölkələrində mason cəmiyyətlərinə daxil olması səsləndirilən fikirlərdəndir. Xüsusilə bunlardan Ceyhun Hacıbəyli daha məşhurdur.

      O, 1891-ci ildə Şuşada anadan olmuş, 1962-ci ildə Parisdə vəfat etmişdir. Bilinən odur ki, o, 1925-ci ildə Parisdə Qafqazdan olan emiqrantların daxil olduğu “Qızıl qoyun dərisi” (“la Toison d’Or”) lojasına qəbul olunmuşdur. Ondan başqa, daha 3 azərbaycanlı Sadıq bəy Hacınski (29.04.1925), Abidin Mirqasımov (29.04.1925) və Qasım Qasımzadə (31.01.1925) də bu lojaya qəbul olunmuşdular.[5] “Yupiter” lojasına da şimali qafqazlılar və ermənilərlə yanaşı, adı çəkilməyən bir nəfər azərbaycanlı da üzv olub.

                  “Prometey” lojasına qəbul olunanlar arasında isə azərbaycanlılar daha çox idi. Onlar Eyyub Semqoq Amin (21.05.1927), Zəki Abdulla (05.06.1927) və Xosrov bəy Sultanzadə (19.02.1927) idilər.[6]

                  Qeyd edək ki, “Prometey” adı altında jurnal da çap olunurdu. Hərəkat üzvləri, yəni keçmiş çar Rusiyası xalqlarının liderləri 1926-cı ildə beynəlxalq təşkilat kimi fəaliyyət göstərən “Prometey” klubunu yaratdılar.

      “Prometey” hərəkatı yaradılmasının ilk təəssübkeşlərindən biri Başqırdıstan Respublikasının ilk rəhbəri olmuş (1917, noyabr) Zəki Vəlidi Toğan idi. 1923-cü ildə o, Parisə gəldikdə Mustafa Çokayoğlu, Əlimərdan bəy Topçubaşov və Səbri Maqsudi ilə tanış olur. 1924-cü ilin iyununda o, Polşa hökumətinin rəsmi nümayəndəsi olan cənab Stempovski ilə görüşür. Bu görüşdə Fransada “Prometey” jurnalının yaradılması qərara alınır. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Miryaqub Mehdiyev və başqaları idi.

      Orucov qardaşlarının (Oruc, Abuzər və Qənbər Orucovlar), xüsusən də Oruc Orucovun  mason olması barədə də söyləntilər var. Lakin həm bunların hansı birinin mason olması, eləcə də bununla bağlı əlimizdə qaynaqların olmaması bu barədə konkret fikir bildirməyimizə mane olur. Bilinən odur ki, bu qardaşlar tərəfindən yaradılmış və 1906-1917-ci illərdə fəaliyyət göstərmiş mətbəə-nəşriyyatın o dövr üçün müasir və mükəmməl avadanlığı (“Mille” markalı özü şriftyığan maşın, “Frangental”, “Aqzburq”, “Amerikanka” çap dəzgahları, tikən və kəsən alətlər, sinkoqrafıya aparatları və s.) var idi.

      Məhəmməd ağa Şahtaxtinski Məhəmməd ağa Məhəmmədtağı sultan oğlu 1846-cı ildə Şahtaxtıda anadan olub. 1860-cı ildə Naxçıvan şəhər qəza ibtidai məktəbini bitirərək 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. O, 1871-ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873-1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə “Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsini hazırlayıb nəşr etdirib.

      M.Şahtaxtinski 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır.

      1899-1902-ci illlərdə Fransanın Sarbon Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, “Şərqi-rus” qəzetini nəşr etdirir. 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır.1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir. 1909-1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist olan M.Şahtaxtinski sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı professoru idi. O, 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.

      Onun Mirzə Melkum xan, Cəmaləddin Əfqani haqqında yüksək fikirləri var. Onun da mason olduğu güman olunur.

      Bunlardan başqa, tanınmış mesenat Hacı Zeynalabdin Tağıyevin də mason olduğu deyilir. Guya o, 1911-ci ildəb Almaniyada mason lojasına üzv qəbul olunub. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması səbəbilə Almaniya kayzeri II Vilhelm onun ailəsini, özünü və Rusiya səfirliyinin işçilərinin öz ölkəsinə qayıtması üçün şərait yaradılması haqda xüsusi tapşırıq verdi. (Bir versiyaya görə, bu təklif rus tərəfi tərəfindən rədd edildi.)

      Yenə də qeyd etmək yerinə düşərdi ki, bu barədə təsdiqləyici hər hansı mənbə və material olmadığı üçün, qəti fikir yürütmək mümkün deyil…

      Sovet hakimiyyəti dövründə cəmiyyətin bütün sahələrinə totalitar nəzarət mövcud olduğundan, hər hansı gizli cəmiyyətin fəaliyyət göstərməsi barədə müfəssəl məlumat yoxdur. Şübhəsiz ki, belə cəmiyyətlər mövcud olub. Ancaq fəaliyyətləri barədə heç bir dolğun məlumata sahib deyilik. Sosial mediada bəzən masonik cəmiyyət kimi “Milli Azadlıq Qərargahı”nın adı çəkilir. Lakin cəmiyyətin mason cəmiyyəti olması, eləcə də, üzvlərinin hansınınsa mason olması barədə heç bir məlumat yoxdur.

      XX əsrin sonlarına yaxın Sovet quruluşunun dağılması ərəfəsində xarici təşkilatların da dəstəyi ilə ümummittifaq ərazisində gizli təşkilatlar, o cümlədən, mason təşkilatları fəaliyyətlərini genişləndirdi. Şübhəsiz ki, bu təşkilatlarda azərbaycanlılardan da kimlərsə vardı.

      Azərbaycanda mason lojasının yaranması isə 2008-ci ilə təsadüf edir.

      2000-ci ildə Vaşinqtonda türkdilli “Nur-2000” lojası qurulanda, Azərbaycan Respublikasında Azad Masonluğu qurub baza şəklində inkişaf etdirmək üçün lojadan istifadə olunma qərarı qəbul olundu.

      Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vaşinqton Kolumbiya dairəsində (Washington D.C) qəbul olunmuş “Azerbaijan Lodge No.2001” yaradılması ilə başladı. Bundan sonra növbə ilə Rusiya Mason Lojasının da yaxından qatqısı ilə “Dostluq” (“Дружба”) lojası, daha sonra isə “Bakı” lojası yaradıldı.

      5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vaşinqton Kolumbiya dairəsi Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edildi.

      Toplantının sonunda protokol imzalandı və növbəti həftə 9 dekabrda Bakıda ithaf üçün razılıq əldə edildi. 9 dekabrda Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırıldı və Vaşinqton Kolumbiya dairəsi Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olundu. Daha sonra Robert Bağır Heyət öz Böyük Loja işçilərini elan etdi. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı oldu və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən buraxıldı.

      Hazırda Azərbaycan Milli Böyük Lojasına tabe 4 loja (“Azərbaycan”, “Bakı”, “Dostluq” və “Xəzər” lojaları) fəaliyyət göstərir. Milli böyük lojamız dünyanın bir çox aparıcı böyük lojaları tərəfindən tanınmışdır.

      P.S.: AZƏRBAYCANLI MASON TARİXİ ŞƏXSİYYƏTLƏR BARƏDƏ ARAŞDIRMALARIMIZ DAVAM EDİR. HƏR HANSI YENİ MƏNBƏ VƏ YA MƏLUMAT ƏLDƏ ETSƏK, NÖVBƏTİ MƏQALƏLƏRDƏ İŞIQ ÜZÜ GÖRƏCƏKDİR.

      [1]http://www.krugosvet.ru/enc/kultura_i_obrazovanie/literatura/LITERATURNIE_KRUZHKI_I_SALONI_DOREVOLYUTSIONNO_ROSSII.html

      [2] Məmmədəli Babaşlı XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış və maarifçilik hərəkatı Bakı, 2003

      [3] Qəmər Mürşüdlü  “Cəmaləddin Əfqaninin masonluğu məsələsinə dair”

      [4] www.kafkasevi.com

      [5] Ирина БАБИЧ –  КАВКАЗЦЫ В РУССКИХ МАСОНСКИХ ЛОЖАХ ФРАНЦИИ (1922—1939 ГГ.)

      [6] Yenə orada

      Əvvəlki Yazı

      İsrailin bombaladığı dünyanın ən sirli şəhəri

      Növbəti Yazı

      İsrail polisi 3 yaşlı körpədən də qorxur!

      Bir cavab yazın Cavabı ləğv et

      Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

      Son xəbərlər

      Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

      Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

      Avqust 6, 2025
      Britaniyanın Qəzzə üzərində İsrail rejimi üçün hava casusluğu

      Britaniyanın Qəzzə üzərində İsrail rejimi üçün hava casusluğu

      Avqust 6, 2025
      İngiltərə Fələstinlə bağlı iddialarına baxmayaraq, İsrailin cinayətlərinə dəstəyini davam etdirir

      İngiltərə Fələstinlə bağlı iddialarına baxmayaraq, İsrailin cinayətlərinə dəstəyini davam etdirir

      İyul 31, 2025
      İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

      İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

      İyul 31, 2025
      Qəzzəyə humanitar yardımın daxil olması ilə bağlı yalan; işğalçı ordunun yeni təcavüzə hazırlığı

      Qəzzəyə humanitar yardımın daxil olması ilə bağlı yalan; işğalçı ordunun yeni təcavüzə hazırlığı

      İyul 31, 2025
      İsrail rejiminin BƏƏ-dəki səfirinin etik rüsvayçılığı

      İsrail rejiminin BƏƏ-dəki səfirinin etik rüsvayçılığı

      İyul 31, 2025
      ABŞ-ın İsrail döyüş maşınına 22 milyard dollar yardımı

      ABŞ-ın İsrail döyüş maşınına 22 milyard dollar yardımı

      İyul 30, 2025
      Tramp; qoyun dərisindəki canavar

      Tramp; qoyun dərisindəki canavar

      İyul 30, 2025
      Türk millət vəkili: Hökumətə ayıb olsun, İsraillə əməkdaşlıq davam edir

      Türk millət vəkili: Hökumətə ayıb olsun, İsraillə əməkdaşlıq davam edir

      İyul 30, 2025
      Doğru Vəd-3 əməliyyatından sonra ABŞ-ın raket ehtiyatlarının zəifləməsi

      Doğru Vəd-3 əməliyyatından sonra ABŞ-ın raket ehtiyatlarının zəifləməsi

      İyul 29, 2025

      Ifsha-24.com

      No Result
      View All Result
      Sentyabr 2025
      BE ÇA Ç CA C Ş B
      1234567
      891011121314
      15161718192021
      22232425262728
      2930  
      « Avq    

      Bizi izlə

      Kateqoriya

      • Amerika yalanları
      • Masson yalanları
      • Məmur özbaşınalığı
      • Pantürk yalanları
      • Poster
      • Redaktor seçimi
      • Uncategorized
      • Vəhhabi yalanları
      • Video

      Son Xəbərlər

      Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

      Amerikalıların Qəzzə xalqını qırmasına dair bir gözətçi şahidin sözləri

      Avqust 6, 2025
      Britaniyanın Qəzzə üzərində İsrail rejimi üçün hava casusluğu

      Britaniyanın Qəzzə üzərində İsrail rejimi üçün hava casusluğu

      Avqust 6, 2025
      İngiltərə Fələstinlə bağlı iddialarına baxmayaraq, İsrailin cinayətlərinə dəstəyini davam etdirir

      İngiltərə Fələstinlə bağlı iddialarına baxmayaraq, İsrailin cinayətlərinə dəstəyini davam etdirir

      İyul 31, 2025
      İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

      İsrail Hayfa neft emalı zavoduna dəyən zərəri gizlədə bilməyib

      İyul 31, 2025
      • ƏSAS SƏHİFƏ
      • Amerika yalanları
      • Video
      • Masson yalanları
      • Pantürk yalanları
      • Məmur özbaşınalığı
      • Vəhhabi yalanları

      © 2022 Ifsha24.com

      No Result
      View All Result
      • Redaktor seçimi
      • Məmur özbaşınalığı
      • Pantürk yalanları
      • Masson yalanları
      • Vəhhabi yalanları
      • Amerika yalanları
      • Poster
      • Video

      © 2022 Ifsha24.com