Donald Tramp administrasiyasının immiqrasiya siyasətinin Amerika küçələrində narazılıq atəşi alovlandırdığı günlərdə bu hesabatdakı görüntülər xalqın etiraz fəryadlarına polis zorakılığı ilə cavab verildiyini göstərir.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının immiqrasiya siyasətlərinə qarşı etirazların başlamasından üç gün sonra etirazçılarla polis qüvvələri arasında qarşıdurmalar davam edir və media ABŞ-da, xüsusən də Los-Ancelesdə iğtişaşların yeni görüntülərini dərc edib.

Etirazların başlanğıc nöqtəsi Kaliforniya əyalətindəki Los-Anceles olub. Bu şəhər etirazların başlamasından cəmi bir gün əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi agentlərinin bəzi ərazilərə basqın etdiyi və bir sıra mühaciri saxladığı müşahidə olunan şəhər idi.

ABŞ prezidenti federal səlahiyyətlərindən istifadə edərək, 1992-ci ildə Los-Ancelesdə baş vermiş üsyanlardan sonra ilk dəfə olaraq “Milli Qvardiya”nı hərəkətə keçirib.
Milli Qvardiya qüvvələrinin göndərilməsi barədə əmr şənbə gecəsi Tramp tərəfindən verilib. Çoxları bu addımı ABŞ-da miqrantların genişmiqyaslı təqibinə yönələn nadir və narahatedici bir addım kimi qiymətləndirir.

Təxminən 2 min “Milli Qvardiya” qüvvəsinin yerləşdirilməsinə baxmayaraq, bir çox etirazçılar polis ilə qarşıdurmaya giriblər və ictimai mülklərə ciddi ziyan dəyib.

Kaliforniyada Trampın miqrasiya siyasətinə qarşı xalq etirazları üç gündən sonra San-Fransiskoya yayılıb və hökumətin avtoritar mövqeyi ilə təhlükəsizlik qüvvələrinin sərt davranışları nəzərə alınaraq, bu etirazların digər şəhərlərə və ABŞ-ın digər ştatlarına da yayılmaq potensialı yüksəkdir.
ABŞ prezidentinin təqdim etdiyi immiqrasiya planına qarşı olan xalq etirazlarının zorakılıqla yatırılması şəklində ABŞ təhlükəsizlik agentləri tərəfindən ölkənin müxtəlif ştatlarının vətəndaşları qarşısında insan haqlarını pozan tədbirlər bir daha göstərib ki, ABŞ hökumətinin insan hüquqlarının müdafiəsi ilə bağlı elan etdiyi şüarlar şoudan başqa bir şey deyil və bu gün “insan hüquqları” hüquqi örtük altında siyasi mənaya sahib açar ifadəyə çevrilib.