Ərəbistanın vəliəhdi ibn Salmanın nəzərindəki yeni Ərəbistan, təxminən dini atributlarsız, İslamdan əvvəlki tarix və simvolları üzərində mərkəzləşmiş müasir bir ölkədir. Bu məqsədlə ki, bu monarxiyanın siyasi qanuniliyi hesab olunan milliyətçilik, İslamla əvəzlənsin.
İbn Salmanın son açıqlamaları onu göstərir ki, 2030-cu ilə qədər ölkə əhalisinin sayını yarısı ərəbistanlı və digər yarısı isə bu ölkədə yaşayan xaici ölkə vətəndaşlarından ibarət olan 50-60 milyon nəfərə çatdımaq fikri var. Müqəddəs məkanlarda inkişaf kimi nəzərə çarpan layihələr və planlar olmadan belə bir dəyişiklik baş verməyəcək. Amma həqiqətdə bu planlar, daxilində qərb mədəniyyəti simvollarını daşıyan yeni model planlardır.
Buna görə də ibn Salman düşünür ki, din, məzhəb, qəbilə adətlərindən təşkil olunmuş Ərəbistanın indiki cəmiyyəti, onun inkişaf planlarına maneədir. Buna görə də bu tərkib dəyişilməli, mühafizəkarlar azalmalı və yerli vətəndaşlar zəif azlığa çevrilməlidirlər.
Buna görə də ibn Salman, Səudiyyə Ərəbistanına 25 milyon xarici vətəndaşın daxil olması ilə əlaqədar ideasının üstünü açıb. O, bu işi ölkədə mühafizəkarların gözə çarpacaq dərəcədə azalması ilə nəticələnməsi ümidi ilə edib.
Bununla əlaqədar, kişi və qadınları uşaq sahibi olmamağa təşviq edən və bu fikrə hüquqi mahiyyət verən mediya kampaniyaları yaradılıb.
Qərbyönlü belə bir planın icra olunması üçün Səudiyyə Ərəbistanı, 2016-cı ildən müxtəlif başlıqlı layihələr, o cümlədən boşanmanın asanlaşması, boşanmış qadınlara və övladlarına imtiyazların verilməsi, ailə qurmağın əhəmiyyətsizliyi, övlad sahibi olmağın qarşısının alınması və abort üçün klinikaların çoxaldılması kimi layihələr təqdim etməklə ailələrin dağılmasına zəmin yaradır.