“Azadlığa doğru” adlı istifadəçi, Twitterdə Ühüd dağının buldozerlə dağıntı nəticələrini göstərən video paylaşıb. Mədinə şəhərindəki Ühüd dağı, İslamın müqəddəs tarixi abidələrini, o cümlədən Peyğəmbərin (s) səhabəsinin məqbərəsini əhatə edir.
Sosial şəbəkə istifadəçisi, bu videoda Ali-Səud sarayına bağlı şəxslərə istinadən Ühüd dağının dağıdılması və onun Tibbi reabilitasiya krortuna çevrilməsi layihəsinin nəzərdə tutulduğunu bildirib.
Yüzlərlə sahənin boş olması və Ərəbistanda digər geniş yerlərin olmasına baxmayaraq bu layihə üçün Ühüd dağının seçilməsi, bu addımın pərdə arxasında bir çox məsələlərin olduğunu göstərir. O cümlədən, İslamın tarixi əsərlərini dağıtmaq və müsəlmanlar üçün İslamın bir simvolu olan, Peyğəmbərin (s) 70 şəhid səhabəsini ağuşuna alan Ühüd dağına qarşı hörmətsizlik yönündə bir addım kimi dəyərləndirilir.

Xatırlatmaq lazımdır ki, Səudiyyə rəsmiləri Mədinə şəhərindəki Ühüd dağında Tibbi Turizm Krortu layihəsinin başlandığını bildiriblər. Bu xəbər, din alimlərinin, sosial şəbəkədə aktif və qabaqcıl istifadəçilərin qəzəbinə səbəb olub, bu addımı pisləyiblər.
Bu yeni layihə, Səudiyyə rəsmiləri tərəfindən elan edildikdən sonra fasiləsiz olaraq Ərəbistanda və ölkənin xaricində olan müsəlmanların qəzəb dalğasını yüksəldib.
Etirazçıların bəziləri ibn Salmanın Ühüd dağının mərkəzindəki bu yeni layihəsinin səbəbini soruşurlar. Başqa bir sual da budur ki, bu layihə üçün niyə Ühüd dağı seçilib?
Bu barədə müxtəlif nəzərlər mövcuddur. Bəziləri onu, İslamla bağlı olan və bir milyard müsəlmanın qəlbində müqəddəs simvol olan dağa qarşı bilrəkdən düşməncəsinə atılmış bir addım olduğunu bildirirlər.
Bəziləri düşünürlər ki, Ali-Səud çox çalışır ki, İslam tarixi ilə bağlı tarixi əsərləri və müsəlmanların müqəddəs saydıqlarını aradan aparsın. İbn Salman da bu dağın dağıdılması ardıncadır. Bu addıma etiraz edənlər onu, Allahın Rəsuluna (s) qarşı yalnız münafiq şəxsin bulaşa biləcəyi cinayət hesab edirlər. Onlar bu zəmində Peyğəmbərin (s) hədisini xatırladırlar: Ühüd elə bir dağdır ki, bizi sevir və biz də onu sevirik.
Sosial şəbəkələrdə atkif istifadəçilər vurğulayırlar ki, ibn Salmanın hədəfi sionist layihələri yolunda İslam kimliyini məhv etmək və Səudiyyə rəsmilərinin sözlərinə görə, tezliklə rəsmi şəkildə elan olunacaq əlaqələrin normallaşması layihəsi üçün təkmilləşdirici addımdır.
Ərəbistan Xarici İşlər naziri Feysəl bin Fərhan Ali-Səud, deyib: Təbii ki, əlaqələrin normallaşması razılaşması masadadır. Bu razılaşma 2002-ci ildən masada olub və onun adı “Ərəb sülhü”-dür. Hətta, ilk təşəbbüsü 1982-ci ildə Səudiyyə Ərəbistanı vasitəsilə təqdim etmişik ki, “İsrail” ilə əlaqələrin tam normallaşmasını Fələstin məsələsinin ədalətli şəkildə həlli müqabilində olduğunu bildirirdi.
Rəsmilər, bu layihəni ümrə ziyarətçiləri və digər ziyarətçilərə xidmət xarakterli olduğu ilə əsaslandırırlar. Amma etirazçılar bildirirlər ki, bununla müxalif deyillər. Əsas sual budur ki, Ərəbistanda bu qədər geniş və boş yerlər olduğu halda nəyə görə bu əhəmiyyətli və müqəddəs məkan seçilib?
Müzakirə olunan mövzulardan biri, müqəddəslərin elə bir şəxslərin əlində qalmasıdır ki, onları qoruyub saxlamaq qüdrətinə malik deyillər. Onlar hesab edirlər ki, heç kəsin İslam ümmətinin miras və müqəddəslərini manipulyasiya etməyə haqqı yoxdur.
İslam ölkələrinin birgə komitəsi vasitəsilə “İslam müqəddəslərinin idarəçiliyi” məsələsi ciddi şəkildə müzakirə olunub.