Livan Hizbullah hərəkatı Reuters xəbər agentliyinin sionist rejiminə qarşı quru döyüş komandanlığı barəsindəki iddialarını bu agentliyin yazıçılarının, jurnalistlərinin və təhlükəsizlik müşavirlərinin “xəyalları” adlandırıb.
Livan Hizbullah hərəkatının ictimaiyyətlə əlaqələr şöbəsi bugün (cümə günü) bəyanat yayaraq, Reuters xəbər agentliyinin sionist rejiminə qarşı quru döyüş barəsindəki hesabatını təkzib edib.
Hizbullah bu bəyanatda deyib: Reuters xəbər agentliyi Hizbullahda yeni quru döyüş komandanlığı, müharibənin mahiyyəti ilə bağlı təfərrüatlar və orada istifadə edilən planlar və silahlar barəsində hesabat dərc edib. Bu hesabat Reuters-in yazıçılarının, jurnalistlərinin və təhlükəsizlik müşavirlərinin sırf təxəyyülləridir. Hər kəsə aydın olduğu kimi bizim siyasətimiz budur ki, Hizbullahın heç bir mənbəsi yoxdur, o ki qaldı belə mühüm məlumatları yayan sahə mənbəsinə.
Reuters xəbər agentliyi bu yaxınlarda iki məlumatlı mənbəyə istinadən Hizbullahın özünü Livanın cənubunda uzunmüddətli məhvetmə müharibəsinə hazırladığını və həmçinin onun silahla dolu sursat anbarlarına malik olduğunu iddia edib.
Bu xəbər agentliyi, həmçinin iddia edib: Hizbullah komandanlığı şəhid Həsən Nəsrullaha qarşı terror hadisəsindən sonra ilk bir neçə gündə bağlı idi. Hərəkat 72 saatdan sonra yeni əməliyyat otağı yaradıb.
Bundan əlavə bu agentlik iddia edib ki, yeni komandanlıq mərkəzi fəaliyyət göstərməkdədir. Hərçənd ki, sionist rejiminin hücumları bu komandiri də hədəfə almaq niyyətyindədir.