İsrail Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı olan Şabakın rəhbəri Ronen Barın bir ay əvvəlki səs yazısının ifşa olunması bu təşkilatın HƏMAS liderlərini hədəfə almaq üçün plan cızdığınıı göstərir.
İsrail Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı olan Şabakın rəhbəri Ronen Bar İsrailin dünya boyunca bir neçə illik səylərinə istinad edərək deyib ki, təhlükəsizlik qrumu Oktyabrın 7-dəki hücumu “bizim Münhen” hesab edir.
Bazar günü ifşa olunmuş səs yazısında İsrail Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı olan Şabakın rəhbəri Ronen Barın səsi eşidilir. O, deyir ki, İsrail hər neçə il çəksə də, “dünyanın hər yerində” Qətərdə, Türkiyədə, Livanda olsalar belə HƏMAS liderlərini öldürməyə qərarlıdır.
Ronen Bar bazar günü axşam saatlarına yaxın İsrail radiosundan yayımlanan səs yazısında deyir ki, “onların hər biri hər yerdə olsa, Qəzzədə, İordan çayının qərb sahillərində, Livanda, Türkiyədə, Qətərdə bir neçə il çəkəcək, amma biz orada olacağıq ki, işi bitirək.”
Səs yazısında Ronen Barın səsi eşidilir ki, 1972-ci il Olimpiyadasında hücum edərək 11 israillini qətlə yetirən terrorçuları öldürmək üçün İsrailin bir neçə illik əməliyyatlarına istinad edərək deyir ki, “Nazirlər Kabineti bizim hədəfimizi müəyyənləşdirdi, HƏMAS-ın yox edilməsi. Biz onu yerinə yetirməyə qərarlıyıq. Bu, bizim Münhenimizdir.”
Məlumata görə, HƏMAS cavabında bu təhdidlərdən qorxmadığını bildirib və deyib ki, İsrail tərəfindən atılan bu addım öz müttəfiqi olduğu ölkələrin suverənliyini pozacaq.
Ronen Bar səs yazısında etiraf edir ki, Kəşfiyyat İdarəsi HƏMAS hücum etməmişdən əvvəl öz missiyasını yerinə yetirməkdə səhlənkarlıq edib. Amma deyib ki, indi Şabak “başı uca irəliləyir” və bura qədər o günün uğursuzluğundan çox dərs öyrənib və icra edir.
Ronen Bar ötən il ərzində İsrailə qarşı baş tutan təhdidlərin “misli görünməmiş” olduğunu və onların bir çoxunun xalqın qulağına çatmadığını deyib. “Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. İsrail vətəndaşlarına təhlükəsizlik hissi yaşatmaq bizim vəzifəmizdir. Təəssüflər olsun ki, Oktyabrın 7-də bu vəzifəni yerinə yetirməkdə uğursuzluğa düçar olduq.”