İraqın əl-Fəth koalisiyasının rəhbərlərindən biri Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisə qarşı terror aktını ABŞ-sionist planının regionda icra olunması üçün atılan ilk addım olduğunu bildirib.
Hadi əl-Amirinin başçılıq etdiyi əl-Fəth koalisiyasının rəhbərlərindən olan Əli əl-Fətlavi bugün (cümə axşamı günü) Həşd əş-Şəbi təşkilatının sədr müavini Əbu Mehdi əl-Mühəndisə və general şəhid Hacı Qasim Süleymaniyə qarşı törədilən terror aktının İsrail rejiminin maraqları çərçivəsində və region əleyhinə ABŞ-sionist planının icrası üçün ilk addım olduğunu deyib.
O, verdiyi müsahibədə bildirib: Bu gün biz və bütün mücahidlər qələbə komandirləri olan Əbu Mehdi əl-Mühəndisi və İraqın qonağı Hacı Qasim Süleymanini hədəfə alan cinayətkar əməliyyatı xatırlayır və pisləyirik. Bu rəhbərlər ABŞ və işğalçı sionist rejimin gözündə tikan idilər. Bu terror hadisəsi regionda ABŞ-sionist planının icrası üçün ilk addım idi.
Əl-Fəth koalisiyasının rəhbəri əlavə edərək qeyd edib ki, Amerika və sionist rejimin bu cinayəti etiraf etməsi bu planın qlobal imperalist güclərin razılığı ilə hazırlandığını və qələbə komandirlərinə qarşı sui-qəsdin İslam dünyasında, xüsusən də Qərbi Asiyada sionist rejiminə meydan açmaqdan ötrü yeni xəritə yaratmaq üçün ilk addım olduğunu təsdiqləyir.
O, müqavimət döyüşçülərinin bu komandirlərin məktəbində təlim gördükləri üçün belə bir planın regionda uğurlu olmayacağına işarə edərək deyib: “Amma Amerika və İsrail bu şəhid komandirlərin bütün mücahidlər üçün fədakarlıq və şəhidlik məktəbi olduqlarını bilmir.”