Oktyabrın 7-dəki Əqsa Fırtınası əməliyyatından 2 ay ötdükdən sonra Fransız qəzetlərindən biri, verdiyi bir hesabatda vuğulayıb ki, Tel-Əvivin Oktyabrın 7-dəki əməliyyatda cinayətlərin baş verməsi barəsindəki iddiaları, yalnız beynəlxalq dəstəyi cəlb etmək üçün olub. Halbuki, bu cinayətlər heç zaman baş verməyib.
Fransız qəzeti “Liberation” apardığı araşdırmada bu qənaətə gəlib ki, HƏMAS-ın Oktyabrın 7-dəki hücumu zamanı “israilli uşaqların kütləvi yandırılması və hamilə bir qadının öldürülərək bətnindəki körpənin çıxarılması” barəsində İsrail təşkilatları və rəsmiləri tərəfindən bəyan olunan nəqllər doğru deyil və HƏMAS-ın hücumu zamanı oğurlanmış insanlar (əsir götürülmüş insanlar) arasında heç bir hamilə qadın olmayıb, 7 Oktyabrda heç kəsin başı kəsilməyib.
Bu nəqllərdən biri, onlarla uşağın başı kəsilmiş cəsədlərinin tapılmasının elan olunması idi. Belə bir təsvir “İsrail 24” TV kanalının hesabatında verilib. Bu TV kanalın müxbirlərindən biri, HƏMAS-ın hücumu barəsində demişdi ki, “İsrailin hərbi səhra komandirlərindən biri, ona azı 40 israilli uşağın öldürüldüyünü və terrorçuların onlardan bəzilərinin başlarını kəsdiklərini bildirib.”
Bu Fransız qəzeti vurğulayıb: İsrailin belə hadisələrin baş verməsi ilə bağlı iddiaları Qəzzədən zorakı intiqam almaq üçün İsrail və beynəlxalq ictimai rəyi uyğunlaşdırmaq məqsədi daşıyıb.
HƏMAS İslami Müqavimət Hərəkatı da bu şayiəni təkzib edib və verdiyi bir bəyanatda “Fələstin müqavimətinin uşaqları hədəfə almadığını, mediaların xəbərləri nəql edərkən daha diqqətli olmalarını və sionistlərin yalan və iftira dolu nəqllərinin ardınca kor-koranə getməmələrini” bəyan edərək bildirib: Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) qətiyyətlə vurğulayır ki, bəzi Qərb medialarının yaydığı saxta iddiaların və meyar qərar verdikləri sionistlərin yalan dolu nəqlləri yalandır. Bu iddiaların ən yenisi uşaqların öldürülməsi, onların başlarının kəsilməsi və mülki şəxslərə hücum olunması ilə bağlı iddiadır və biz bunu sionistlərin nəqlini araşdırmadan tərəfkeşlik olduğunu sayırıq.”