Fransa xəbər agentliyi bir neçə gündür ki, Suriyanın bəzi şəhərlərinə təcavüz edən Heyət Təhrir əş-Şam terror qruplaşmasının Türkiyə kəşfiyyatından göstəriş aldığını bildirib.
Fransa xəbər agentliyi verdiyi hesabatda açıq-aşkar bildirib ki, Suriya torpaqlarına hücum edən terrorçu qüvvələr “bu ölkəyə hücum etmək üçün Türkiyə kəşfiyyatından yaşıl işıq alıblar”.
Əl-Qaidə qruplaşmasına bağlı olan Heyət Təhrir əş-Şam (Cəbhə ən-Nüsrə) terror qruplaşması ötən çərşənbə günündən etibarən Suriyanın bəzi bölgələrinə, o cümlədən Hələbə qarşı hücumlara başlayıb.
Bundan öncə də Rusiya qəzetlərindən biri Təhrir əş-Şam terror qruplaşmasının son hücumunun Türkiyə, Ukrayna və Fransa kəşfiyyatı arasındakı razılaşma, həmçinin İsrailin dəstəyi və ABŞ-ın təsdiqi ilə baş tutduğunu yazmışdı.
Terror qruplaşmasının Suriyanın bəzi bölgələrinə hücumu sionist rejimi və Hizbullah arasında əldə olunmuş atəşkəsdən yalnız bir neçə saat sonra başlayıb. Atəşkəs başladıqdan biraz sonra İsrail rejimi Hizbullaha silah göndərilməsinə mane olmaq bəhanəsi ilə Livan və Suriya sərhəd keçidlərini bombalayıb.
Suriya ordu mənbələri də vurğulayıblar ki, İsrail rejimi Hələbə və İdlibə hücum edən terrorçu qrupları dəstəkləyir.