Dünya Futbol Federasiyası (FİFA) üçüncü dəfə Qəzzə əhalisinin qətliamı ilə bağlı İsrail futbolunun dayandırılmasından imtina edib.
Dünya Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfatino Qəzzə xalqının qətliamına görə İsrail futbolunun dayandırılmasına dair son rəyin verilməsi üçün FİFA-nın dördüncü iclasından sonra “Bizim komitəmiz araşdırır” deyə açıqlama verib.
İsrail rejiminin 70%-i qadın və uşaqlar olan 41000-dən çox fələstinlini öldürdüyü halda FİFA bu rejimin futbolunun dayandırılmasına göz yumur.

Fələstin Futbol Federasiyasının rəsmi müraciəti ilə 6 ay öncə İsrail futbolunun dayandırılması işinə yenidən baxılmasına başlanılıb.
Fələstinlilərin bu müraciətinin əsas dəstəkləyiciləri İran, Qətər, Küveyt, İraq, Suriya və Livan idi. Bundan sonra bütün AFC üzvləri İsrail futbolunun boykot edilməsinə səs veriblər.

İdman saytlarından biri yazaraq bildirib ki, Fələstin xalqının və Qəzzə idmançılarının qətliamından bir il ötdükdən sonra FİFA tərəfindən araşdırma komitəsinin təşkil edilməsi “utancvericidir”.
FİFA İsrailin bir il ərzində Qəzzədə törətdiyi hərbi cinayətlərə göz yumur, amma Rusiyanı Ukraynaya qarşı müharibəyə başladıqdan dərhal sonra beynəlxalq müsabiqələrdə iştirak etməkdən məhrum edib.

Futbol üzrə ekspert Məhəmməd Fateh bildirib: “Bütün idman strukturlarının dağıdılması və 200-ü futbolçu olan 500-dən çox idmançının öldürülməsi FİFA qanunlarını aşkar şəkildə pozmaqdır.”