Bir xəbər şəbəkəsi sionist rejiminin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının (Şin Bet) Facebook sosial şəbəkəsi ilə fələstinlilərə qarşı əməkdaşlığını üzə çıxarıb.
Bu xəbər şəbəkəsi ötən cümə günü axşam, “Gizlədilən şey daha böyükdür” adlı proqramda sionist rejiminin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatının (Şin Bet) Amerikanın sosial şəbəkəsi olan Facebook-la fələstinlilərə qarşı əməkdaşlığı üzərindən pərdə götürüb.
Bu şəbəkə sionist rejiminin Casusluq və Daxili Təhlükəsizlik Təşkilatının fələstinlilər qarşısında üstünlük əldə etmək və bu təşkilatın nəzərində olan məzmunları silmək üçün Facebook sosial şəbəkəsi ilə əməkdaşlığının miqyası barədə xəbər verib.
Bu məlumata əsasən, Şin Bet Kiber bölməsinin keçmiş rəhbəri “Larik Barbink” anti-sionist məzmunların silinməsi üçün Facebook-la əməkdaşlığı təsdiq edib.
Bu xəbər şəbəkəsinin müxbirləri bu proqramda Ərəb və İbrani dilində iki Facebook səhifəsi yaradıb və Facebook-un bu iki səhifənin məzmunları ilə rəftarındakı ziddiyyətin miqdarını üzə çıxarıblar.
Həmçinin Meta şirkətinin (Facebook-un ana şirkəti) nəzarət şurasının üzvü “Julie Ovana” da verdiyi müsahibədə bildirmişdi ki, biz Ərəb dilli və Fələstinə aid məzmunlara həddindən çox məhdudiyyətin olmasını təsdiqləyir və bu proseduru dəyişmək istəyirik.
Bu hesabatda əlavə olaraq deyilir ki, Facebook-un fələstinlilərin yazıları və onlara aid məzmunları silməsi və məhdudiyyət yaratmasına baxmayaraq, ərəblərin öldürülməsini istəyən İbrani dilindəki təhrik edici yazılarını heç vaxt qadağan etməyib və məhdudlaşdırmayıb.
Şin Bet Kiber bölməsinin hesabatı Facebook sosial şəbəkəsinin bu təşkilatın Fələstin məzmunlu yazıların silinməsindən ötrü tez-tez etdiyi müraciətləri qəbul edərək yerinə yetirdiyini göstərir.
Şin Betin keçmiş rəsmisi, həmçinin 2014-cü ildə Əl-Xəlildə üç sionist köçkününü oğurlayan qrupun üzvlərini izləmək üçün Facebook-un əməkdaşlığı barəsində məlumat verib.
Bundan əvvəl də Facebook sionist rejiminin cinayətlərini üzə çıxaran və bu rejimlə əlaqələrin normallaşdırılmasına qarşı çıxan fələstinli fəalların səhifələrini heç bir dəlil olmadan silmiş yaxud bağlamışdı.