Xarici KİV-in verdiyi məlumata əsasən, Türkiyənin Qəzzə müharibəsinə görə İsraillə bütün ixdal və ixracatın dayandırılması ilə bağlı qərarının əksinə olaraq Ankara tikinti materiallarının işğal olunmuş Fələstinə ixracını yeniləmək üçün lisenziya verib.
İsrail qəzeti xəbər agentliklərindən birinə istinadən bildirib ki, Türkiyənin ötən həftə Qəzzə müharibəsinə görə İsraillə bütün ixdal və ixracatın dayandırılması ilə bağlı qərarına baxmayaraq, Ankara müvəqqəti olaraq tikinti materiallarının İsrailə ixracını yeniləmək üçün lisenziya verib.
Bu hesabatda israilli və türkiyəli rəsmilərə istinadən bildirilib ki, Türkiyə Ticarət Nazirliyi bu qərarla bağlı qərarı ixracat qadağasından əvvəl İsraillə əməkdaşlıq edən yerli fabriklərə göndərib.
Digər medialar da oxşar təfərrüatları çatdırıblar və İsrail TV kanallarından biri təkrar ixracın üç aylıq bir müddət üçün olduğunu açıqlayıb.
Bu hesabatın ardınca, sionist rejiminin Xarici İşlər naziri Yisrael Katz X sosial şəbəkəsində dərc etdiyi ismarıcda Türkiyənin yeni qərarını xoş qarşılamaqla yanaşı, bu ölkənin prezidentini ələ salaraq deyib: “Ərdoğan bir çox ticarət məhdudiyyətlərindən geri çəkilib və onları ləğv edib. Aldığımız dərs isə aydındır: Bir diktatorun təhdidlərinə təslim olmamalı və alternativlər yaratmalıyıq.”
İsrail Xarici İşlər nazirinin mesajından sonra Türkiyə Ticarət naziri Ömər Bulat Türkiyənin İsrailə qarşı ticarət məhdudiyyətlərinin azaldılması ilə bağlı məlumatları təkzib edib və onları uydurma adlandırıb.