Türkiyə prezidentinin “Hənuka” yaxud “Nur bayramı” münasibəti ilə yəhudi cəmiyyətini təbrik etməsi ona qarşı kəskin tənqidlərə səbə olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hənuka” yaxud “Nur bayramı” münasibəti ilə yəhudi cəmiyyətini təbrik etməsindən sonra sosial şəbəkələrin fəal iştirakçıları onu şiddətli şəkildə tənqid ediblər.
Türkiyə xəbər agentliklərindən biri Ərdoğana istinadən yazıb: “Mən Hənuka münasibəti ilə cəmiyyətimizin ayrılmaz bir hissəsi olan yəhudi vətəndaşlarını təbrik edirəm və onlara can sağlığı arzulayıram. Bugün dünyada müxtəlif inanclara və kimliklərə qarşı dözümsüzlüyün artdığı bir vaxtda, biz hər növ ayrı-seçkiliklər qarşısında dayanaraq bu dəyərlərin qorunmasına çox əhəmiyyət veririk.”
Ərdoğanın yəhudi bayramı münasibəti ilə etdiyi təbrik sosial şəbəkə iştirakçıları arasında qəzəb dalğası yaradıb. İstifadəçilər Ərdoğanın bu təbrikini Fələstin məsələsinə və İsrailin Qəzzəyə qarşı vəhşi təcavüzlərinə bir növ ağız əymək hesab ediblər.
Bir çoxları Ərdoğanın sükut edə biləcəyinə və belə bir hassas şəraitdə həssaslıq yaradan təbrikə ehiyacın olmadığına inanırdı.
Yəmənli istifadəçi Abdullah X sosial şəbəkəsində tənə vuraraq deyib: Müsəlmanların xəlifəsinin yaradıcılığına Maşallah olsun… Yəhudilərin bayramlarını təbrik etmək dinin bir hissəsidirmi? Bu illər ərzində sənə qarşı bütün dəstək və inancımıza görə təəssüflənirik.
Bəzi istifadəçilər Ərdoğanın bu addımını tənqid edərək sionistlərin iclaslarındakı Sırma ticarət markalı Türkiyəyə məxsus mineral su butulkalarının görüntülərini dərc ediblər, hansı ki, Türkiyə onu Qüdsü işğal edən rejimə tədarük görür.

Hənuka yəhudilərin Noyabr ayının son həftəsi ilə Dekabr ayının ilk günləri arasındakı 8 günü bayram etdikləri bir yəhudi bayramıdır. Yəhudilər bu günlərdə əzadarlıq və narahatlıq büruzə verməkdən çəkinir, müxtəlif mərasimlər həyata keçirirlər.