Türkiyə prezidenti New York-da Türk evində mediya işçiləri ilə keçirdiyi görüşdə ölkəsinin İsraillə əməkdaşlıq çərçivəsində qazıntı işi və enerji kəşfiyyatına başlamaq niyyətində olduğuna işarə edərək, işğal altındakı torpaqlara səfər etmək üçün işğalçı rejimin baş naziri ilə razılıq əldə etməsi barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, BMT-nin Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün New York-a səfər etmiş Türkiyə prezidenti “Rəcəb Tayyib Ərdoğan” Türk evində mediya işçiləri ilə görüş keçirib, müxbirlərin daxili və xarici mövzularla bağlı suallarını cavablandırıb.
Ərdoğan sionist rejimi ilə əlaqələr və BMT-nin Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində bu rejimin baş naziri Benyamin Netanyahu ilə New York-dakı son görüşü barəsində deyib: Mən Benyamin Netanyahuya dedim ki, siz bu görüşü həyata keçirin və daha sonra mən öz komandamla Tel-Əvivi ziyarət edəcəm. Razılıq da əldə olundu.
Ərdoğan bildirib: Biz İsraillə enerji qazıntısına başlayacağıq. Biz təkcə Türkiyəyə deyil, həm də Türkiyədən Avropaya enerji ötürücü xəttlərinin işə salınmasına başlayacağıq.
O, əlavə olaraq deyib: Biz iki tərəf (Türkiyə və sionist rejim) arasında müxtəlif sahələrdəki əməkdaşlığın artırılması mexanizminin yaradılmasının üstünlüklərini araşdırdıq.