Rəcəb Tayyib Ədoğanın sionist rejimlə ticarət əlaqələrinin sanksiyası ilə bağlı iddialarına baxmayaraq, Noyabr ayının əvvəlindən indiyə qədər 41 gəmi Türkiyə limanlarını İsrail məqsədi ilə tərk edib.
Şənbə günü Türkiyənin bəzi xəbər mənbələri Noyabr ayının əvvəlindən indiyə qədər Türkiyənin 41 ticarət gəmisinin İsrail limanlarına yola düşdüyünü iddia ediblər.
Bu mənbələrdən birinin hesabatına əsasən, İsrail rejimin Qəzzədəki hərbi əməliyyatları səbəbilə Türkiyənin bu rejimlə ticarət sanksiyası ilə bağlı açıqlamasına rəğmən, Noyabrın əvvəlindən indiyə qədər 41 gəmi Türkiyə limanlarını İsrail məqsədi ilə tərk edib.
Beynəlxalq dəniz nəqliyyatları qeydi ilə bağlı hazırlanmış siyahıda Mersin, İskəndərun və Nemrut kimi limanlardan Aşdod və Hayfa kimi İsrail rejimi limanlarına yol düşən gəmilərin təfərrüatları yer alıb.
Halbuki, Türkiyə prezidenti Rəcəb Tayyib Ədoğan sionist rejimin Qəzzədəki hərəkətlərini ciddi şəkildə tənqid edənlərdən olub və beynəlxalq forumlarda Türkiyəni fələstinlilərin güclü müttəfiqi kimi təqdim edib. Buna baxmayaraq, onun iddiaları Ankaranın Tel-Əvivlə ticarət əlaqələrinə ziddir.
Son həftələrdə İsraillə iqtisadi əlaqələrin davam etməsi ilə bağlı hesabatlar səbəbilə Türkiyə boyunca etirazlar güclənib və fəallar Ərdoğan hökumətini riyakarlıqda ittiham ediblər.