Netanyahu yaxın əlaqələrindən istifadə edərək, Muskın xüsusilə süni intellekt sahəsindəki fəaliyyətlərini işğal altındakı ərazilərdə inkişaf etdirməyə və onu İsrailin hərbi sənayesi üçün istifadə etməyə çalışır.
2023-cü ilin yayından etibarən “Elon Musk” və İsrail arasında əlaqələr qurulmağa başladı. Bu inkişafın arxasında iki əsas səbəb var idi:
🔹 Musk, tədricən və ABŞ Prezidenti olaraq “Donald Trump”ın yenidən hakimiyyətə gəlməsi ilə yanaşı, ABŞ-ın xarici siyasətinə təsir edən ən böyük sərmayədar və investora çevrilirdi.
🔹 O, süni intellekt bazarında (Grok), raket sənayesində (SpaceX), internetdə (Starlink), dünya üzrə hərbi xidmətlərdə (Starshield), ictimai rəydə (X platforması), texnologiyada (Tesla) və dünyanın iqtisadi və siyasi hakimiyyətinə təsir edən digər sahələrdə əsas oyunçu idi, buna görə də İsrail onu asanlıqla görməzdən gələ bilməzdi.
Musk dünyanın ən böyük taciridir, onun dövlət və rəsmi müqavilələrinin dəyəri milyardlarla dollar təşkil edir və məhz bu, ona beynəlxalq münasibətlərin və qlobal siyasətin formalaşmasında mərkəzi bir sima olma xüsusiyyəti qazandırır.
Musk dinlə (Qərb cəmiyyətlərinin dinə yanaşması əsasında) elm arasında bir kəsişmə və ortaq nöqtə görmür, buna görə də insanların ibadət edə biləcəyi yeni texnologiyalar, o cümlədən süni intellekt vasitəsilə yeni bir “tanrı”nın yaradılmasını istəyir.

Musk 2024-cü ildə Donald Trump-ın seçki kampaniyasına ən böyük maliyyə dəstəyini göstərdi. Seçkilərdə qalib gəldikdən sonra, Trump ona “xüsusi hökumət əməkdaşı” vəzifəsini verdi ki, bu da Ağ Evin inkarına baxmayaraq, Trump-ın Hökumətin Səmərəliliyi Nazirliyini (DOGE) idarə etməsinə imkan yaratdı.

Musk və Netanyahu arasındakı münasibət
2023-cü ilin Sentyabr ayında İsrailin baş naziri Benyamin Netanyahu Kaliforniyanın Freemont şəhərində yerləşən “Tesla” zavodunda Elon Maskla görüşdü. Bu görüş Netanyahunun dünya texnologiya liderləri ilə əlaqə yaratmaq cəhdlərinin bir hissəsi idi və o, həmin dövrdə geniş etirazlarla qarşılaşan məhkəmə islahatlarını müdafiə etmək məqsədilə bu görüşdən istifadə etməyə çalışırdı
Netanyahu, həmçinin süni intellekt sahəsindəki mütəxəssislərin iştirakı ilə təşkil edilən canlı müzakirədə Muskın söz azadlığına sadiqliyinə və antisemitizmə qarşı mövqeyinə görə təşəkkürünü bildirdi.
Bu görüşdən bir ay sonra İsrail Qəzzədə müharibəyə başladı. Musk əvvəlcə bildirmişdi ki, İsrail HƏMAS üzərində qələbə qazanmaq üçün hərbi variantlar və zorakılıq əvəzinə başqa yollar axtarmalıdır. Lakin o, həmin ilin noyabr ayında işğal olunmuş torpaqlara səfər etdi və Fələstin müqavimət döyüşçülərinin “Əqsa Tufanı” əməliyyatı zamanı hücum etdiyi sionist yaşayış məntəqələrindən biri olan “Kfar Aza” qəsəbəsini ziyarət edərək orada həmrəylik nümayiş etdirdi.
Bu səfər zamanı Musk ilə Netanyahu arasında, Muskın sahibi olduğu “Starlink” peyk interneti xidmətinin işğal olunmuş torpaqlarda istifadəyə verilməsinə dair rəsmi razılaşma imzalandı.

Razılaşmaya əsasən qərara alındı ki, Starlink, yalnız İsrail və Qəzzə zolağını əhatə etsin və bu əhatə yalnız İsrailin Rabitə Nazirliyinin açıq razılığı ilə həyata keçirilsin. Bu da o deməkdir ki, beynəlxalq tanınmış yardım təşkilatları – məsələn, UNRWA və Qırmızı Xaç – Qəzzədə bu xidmətdən istifadə imkanına malik olmasınlar.
Əslində, Starlink xidməti Qəzzədə, yalnız İsrail ordusu və təhlükəsizlik qurumları üçün, israilli əsirlərin saxlanma yerlərini, HƏMAS-ın yeraltı tunellərini və müqavimət bazalarını aşkarlamaq məqsədilə istifadəyə verilirdi.
Eyni vəziyyət Livan üçün də keçərli idi və qərara alınmışdı ki, əgər İsrail rejimi Livanla ümumi müharibəyə girərsə, Starlink xidməti Livanı da əhatə edəcək. Bu da təbii olaraq İsrail ordusunun Hizbullah-a qarşı Starlink xidmətlərindən istifadə etməsini nəzərdə tuturdu.
Muskın İsrail ilə, xüsusən də Netanyahu ilə olan əlaqələri yalnız internet xidmətləri ilə məhdudlaşmır, eyni zamanda hərbi əlaqələri də əhatə edir. Buna görə də, Netanyahu Qəzzə müharibəsi barədə çıxış edəcək və İsrailin hərbi vəziyyətini izah edib, Konqresi bu rejimə daha çox silah yardımı etməyə razı salmaq üçün çağırış edəcəyində, Maskı bu sessiyaya dəvət etdi.

Maskın işğal olunmuş ərazilərdə gizli görüşləri
İbrani dilindəki “Globes” vebsaytının ifşasına əsasən, Maskın 27 noyabr 2023-cü ildə işğal altındakı ərazilərə etdiyi səfər zamanı və Qəzzə zolağının yaxınlığındakı yəhudi məskənlərini ziyarət edərkən, o, İsrailin tanınmış şəxsləri ilə gizli bir görüş keçirib. Bu görüşə baş nazir Netanyahu, Maskın səfərini təşkil edən “Omri Kasbi”, İsrail Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəhbəri “Dani Gold”, “Iron Dome” müdafiə sisteminin inkişaf etdiricilərindən biri olan “Michael Eisenberg” adlı İsrailli iş adamı və “CHEQ” kibertəhlükəsizlik şirkətinin CEO-su “Guy Titonovich” da qatılıblar.

4 iyun 2023-cü ildə sosial fəallar “X” platformasında İsrailin AU10TIX şirkəti ilə bu platforma arasında yaxın əməkdaşlıq olduğunu aşkar etdilər, bu əməkdaşlıq insanların rəqəmsal məkandakı həqiqi şəxsiyyətlərini müəyyən etməyi hədəfləyirdi.
Əhəmiyyətli olan məqam odur ki, AU10TIX-in X platforması ilə əməkdaşlığında şirkət yalnız X platformasına məlumat vermirdi, həmçinin İsrailin kəşfiyyat və təhlükəsizlik xidmətləri də bu məlumatlardan istifadə edirdi və əslində, bu məlumatların bir nüsxəsi bu xidmətlərə göndərilirdi.
AU10TIX araşdırması zamanı məlum oldu ki, bu şirkət “Ran Etzmon” və “Gil Etzmon” qardaşlarına məxsusdur və 2015-ci ildən Airbnb, PayPal və LinkedIn kimi şirkətlərə biometrik tanıma sistemləri təqdim edən ana şirkət ICTS-in tərkibində fəaliyyət göstərir. Həmçinin, “X” platforması 4 ildir ki, AU10TIX-in xidmətlərindən istifadə edir.
AU10TIX-in rəsmi açıqlamasına əsasən, bu şirkət PayPal, Google, Airbnb, Fiverr və “Imperial Trade Bank of Canada”, “Saxo Bank”, NeoGames, Guesty və Payoneer kimi tanınmış 20-dən çox şirkətə biometrik və şəxsiyyət tanıma xidməti təqdim edir və əldə edilən məlumatları İsrailin kəşfiyyat və təhlükəsizlik xidmətlərinə təqdim edir.

İsrailin baş naziri Netanyahu Elon Musk ilə əlaqələri gücləndirməkdə maraqlıdır
Netanyahu və ümumilikdə İsrail, öz əlaqələrini Musk ilə daha da möhkəmləndirmək üçün böyük səylər göstərir, xüsusən də Muskın strateji sahələrdəki layihələri İsrailin strateji maraqları ilə üst-üstə düşür.
Netanyahu Muskı inandırmağa çalışır ki, öz tədqiqat mərkəzlərini, laboratoriyalarını və zavodlarını işğal altındakı ərazilərə köçürsün. Məsələn, Netanyahu, Musk ilə yaxın münasibətlərindən istifadə edərək, «Beer-Sheva» yaxınlığında süni intellekt üzrə tədqiqat və inkişaf mərkəzini açmışdır.
Bundan başqa, Netanyahu Musk ilə yaxın münasibətlərindən istifadə edərək, Tel-Əvivdə Tesla-nın tədqiqat və inkişaf mərkəzini açmışdır ki, burada daxili istedadlardan avtomobil texnologiyasında faydalansınlar. Bu layihələrdə və mərkəzlərdə Netanyahu əsas səhmdar və tərəfdaşlardan biridir.
Digər tərəfdən, Netanyahu və Musk arasındakı yaxın əlaqələr, müdafiə sahəsində də strateji üstünlüklər gətirir, xüsusən də SpaceX xidmətlərinin İsrailin kəşfiyyat peyklərini orbitə göndərməsi ilə bağlıdır.
Bundan əlavə, Musk ilə yaxın əlaqələr İsrailin süni intellekt sahəsindəki məlumat toplama qabiliyyətlərini artırır və bu rejimin hərbi sənaye sahəsində inkişaf etmiş texnologiyalarının səviyyəsini yüksəldir.
Daha da artıraq, Starlink şirkəti İsrailin rabitə infrastrukturunu gücləndirəcək, beləliklə İsrail, müharibə zamanı internet kəsintilərinə qarşı bu şəbəkədən istifadə edərək əlaqəsini qorumağa çalışacaq.