Fələstin müqaviməti tərəfindən “Əqsa Fırtınası” adlı döyüşün başlanmasıyla, sionist rejimi müqavimət barədə yalan görüntü yaratmaq istəyir ki, onu sionistlər yaşayan şəhərciklərdə uşaqların öldürülməsində ittiham edib, dünyanı öz hiylələrinə uyğun yalan hekayələrlə məşğul etsin.
Xarici KİV-in verdiyi məlumata görə, “Əqsa Fırtınası” döyüşünün başlanmasından bir neçə gün keçməsinə baxmayarq, israilli heç bir uşağın öldürülmüş heç bir fotosu qeydə alınmayıb və dərc olunmayıb. Buna görə də, sionist rejiminin iddialarının yalan olması sübut olunub.
Buna baxmayaraq, dünyanın bəzi insanları Qəzzəyə qarşı təcavüzkar hərəkətlərin davam etməsini və işğalçı hərbiçilərin Qəzzədəki fələstinlilərə qarşı dəhşətli cinayətlərini görmədən yaxud onlar barəsində bir kəlmə danışmadan hələ də, mənfur təəssübkeşliklə sionist rejiminin həmin yalanlarını təkrar edirlər.
Qərb və ərəb kameraları vasitəsilə qeydə alınmış görüntülər azyaşlı fələstinli uşaqların tikə-tikə olmasını göstərdi, amma Qərb dünyası yerindən tərpənmədi; sionist rejiminin yalanları ilə halı dəyişən, amma işğalçıların cinayətləri qarşısında iynə ucu qədər də reaksiya verməyən və bu 10 gündə minlərlə ton partlayıcı maddələrlə bombalanmış dağıntılardan çıxarılmış 700-dən çox günahsız uşağın şəhadətini görməməzliyə vuran həmin dünya. Halbuki, bu statistika beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb.