Dünya Güləş Birliyi, azərbaycanlı güləşçinin iranlı güləşçi qarşısında döşək üzərinə çıxmamasının səbəbini açıqlayıb.
Əmir Hüseyn Zari, Dünya Güləş Birliyinin reytinq turnirinin sərbəst güləş üzrə yarışlarının 125 kq çəki dərəcəsində azərbaycanlı rəqibi ilə görüşməli idi. Amma bu güləşçi, döşək üzərinə çıxmayıb və nəticədə Zari, mübarizəsiz qalib elan edilərək çempion olub.
Azərbaycanlı güləşçinin döşək üzərinə çıxmamasından sonra bəzi şayələr yayılıb. Bəziləri bu güləşçinin mübarizə aparmamasının səbəbini Azərbaycanın Tehrandakı şəfriliyində baş vermiş son hadisə ilə əlaqələndirblər.

Amma Dünya Güləş Birliyi, bu çəki dərəcəsinin fəxri kürsüsünün fotosunu dərc etməklə azərbaycanlı güləşçinin mübarizə aparmamasının səbəbini onun zədələnməsi ilə bağlı olduğunu açıqlayıb. Medalların təqdim olunması üçün nəzərdə tutulan fəxri kürsünün dərc olunmuş fotosundan da açıq-aydın görünür ki, bu güləşçi, gözündən ağır dərəcədə zədəlidir.