ABŞ-ın keçmiş Xarici İşlər naziri və bu ölkənin iqlim dəyişiklikləri işlərindəki nümayəndəsi ABŞ-ın İraqa hərbi hücumunun əsassız olmasını etiraf etməsinə baxmayaraq, onu cinayət adlandırmaqdan imtina edib.
ABŞ-ın keçmiş Xarici İşlər naziri və bu ölkənin iqlim dəyişiklikləri işlərindəki nümayəndəsi “Con Kerri” verdiyi bir müsahibədə ABŞ-ın 2003-cü ildə İraqa etdiyi hücumu “hücum” və “cinayət” adlnadırmaqdan imtina edib.
O, Fransa televiziyalarından birinə müsahibəsində iddia edib ki, Rusiyanın Ukraniyaya hücumu “hərbi cinayət”-dir. Müxbirin ona ABŞ-ın İraqa hücumunu xatırlatdığı vaxt, o, bunu izah etməkdən yayınmağa çalışıb.
Con Kerri iddia edib ki, Ukraniyadakı indiki müharibə ABŞ-ın İraqa hücumu ilə tamamilə fərqlənir. Təbii ki, o, İraqa hücumun “yalan” üzərində qurulduğunu etiraf edib.
ABŞ-ın keçmiş Xarici İşlər naziri fransalı müxbirin, İraqa hücumu “hərbi cinayət” adlandırmasına reaksiya verərək deyib: “Yox, bu təcavüzkar bir müharibə deyildi. Çünki, heç zaman o vaxtki prezident Corc Buşa qarşı birbaşa ittiham baş tutmayıb.”
Con Kerri ikinci dəfə müxbirin “İraq müharibəsi aqressiv cinayət idimi” sualına cavab olaraq deyib: “Cinayət olduğunu demək olmaz. Əlbəttə ki, bu toqquşmalarda sui-istifadələr baş verib. Amma mən onlara qarşı söhbət və etiraz etmişəm.”
O, əlavə olaraq deyib: “Biz o zaman İraqa hücumun əsassız olduğunu bilmirdik. Xalq yayılan sənədlərin yalan olmasını bilmirdi. Bu barədə çox danışmışam və bu barədə mübahisəyə girmək istəmirəm.”
ABŞ-ın İraqa hücumu 2003-cü il Mart ayının 19-u, Borc Buş hakimiyyətinin İraqda kütləvi qırğın silahlarının möcvudluğu barədə heç zaman sübut olunmayan iddianın ortaya atıldığı bir vaxta həyata keçirildi.
Xarici KİV-in verdiyi məlumata görə, hücumdan bir ay əvvəl Buş dövlətinin Xarici İşlər naziri “Kalin Pavel” 2003-cü il Fevralın 5-i, BMT-nin Təhlükəsizlik Şurasında keçirilən 76 dəqiqəlik iclasında iddia etdi ki, İraqdakı diktator Səddamın gizli şəkildə kütləvi qırğın silahı hazırlamasına dair Vaşinqtonun dəlilləri var. Onun əlində kiçik bir şüşə vardı və iddia etdi ki, o, İraqda istehsal olunan kimyəvi maddələrin bir nümunəsidir.
Həmin ilin payızında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi verdiyi hesabatda ölkənin Konqresinə bildirdi ki, hücum zamanı İraqda heç bir kütləvi qırğın silahı olmayıb. Pavel də sonralar öz yalanlarını əmək kitabçasındakı qara ləkə saydı və onu böyük kəşfiyyat uğursuzluğu kimi qələmə verdi.
Digər tərəfdən də İraqa hücumun cinayət olmaması barədə Con Kerrinin iddiası elə bir halda bəyan olunur ki, müharibənin təsirləri iqtisadi, ictimai, təhlükəsizlik və ətraf mühitin bütün cəhətlərində hələ də bu ölkənin insanlarını narahat edir.
Məsələn, Rusiya ordusunun bioloji, kimyəvi və radioloji müdafiə bölməsinin komandiri “İqor Krılov” ötən Mart ayında bildirib ki, ABŞ İraqa hücum zamanı azı 300 ton zəiflədilmiş uran istifadə edib.
Onun sözlərinə görə, Vaşinqton o zaman İraq şəhərlərində, o cümlədən Əl-İmarə, Bağdad, Bəsrə, Kərbəla və Fəlucə şəhərlərindəki obyektlərə hücum etmək üçün geniş şəkildə urandan istifadə edirdi.
İraqlı fəalların sözlərinə görə, zəiflədilmiş urana sahib güllələrdən istifadə olunduğuna görə, Fəlucə şəhərindəki radiasiya vəziyyəti Hiroşima və Naqasaki şəhərlərindən daha pis idi. Bu şəhər ikinci çernobıl adlanır.