Amerika kanallarından biri öz hesabatında sionist rejimin İrana hücumunda Amerika istehsalı olan qırıcılardan istifadə etdiyini etiraf edib.
CNN İsrail ordusunun cümə günü yaydığı görüntülərdə Amerika istehsalı olan F-35, F-15 və F-16 qırıcılarının İrana qarşı hava hücumlarında iştirak etdiyini açıqlayıb.
Şəbəkənin məlumatına görə, sionist rejim 200 döyüş təyyarəsinin İranın hərbi komandirlərinə, nüvə və hərbi obyektlərinə hücumlarda iştirak etdiyini və 330 döyüş sursatı istifadə etdiyini bildirib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) açıqladığı “Hərbi Balans 2025” statistikasına görə, 200 İsrail döyüş təyyarəsi rejimin döyüş qabiliyyətinə malik təyyarələrinin təxminən 60 faizini təşkil edir.
ABŞ uzun müddətdir ki, sionist rejimin əsas silah tədarükçüsü olub.
Lockheed Martin şirkətinin istehsalı olan beşinci nəsil gizli F-35 döyüş təyyarələri İsrail donanmasının ən müasir qırıcılarıdır və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, sionist rejimin 39-u var.
İRNA-nın məlumatına görə, sionist rejimin Tehran və ölkənin bir sıra şəhərlərinə qarşı terror hücumunun ardınca 2025-ci il İyunun 13-ü cümə günü səhər saatlarında bir sıra hərbi komandirlər, elm adamları və mülki şəxslər şəhid olublar.