Xarici KİV-in verdiyi məlumata əsasən, Co Baydenin ABŞ-ın 2023-cü il milli müdafiə səlahiyyəti aktını imzaladıqdan sonra Çinin Müdafiə Nazirliyi şənbə günü (24 Dekabr) bir bəyanatda bildirib ki, Vaşinqton qlobal üstünlüyünü qoruyub saxlamaqdan ötrü öz hərbi xərclərinin artırmaq üçün “Çin təhlükəsi”-ni bilərəkdən bəhanə olaraq ortaya atır.
Çinin Müdafiə Nazirliyinin sözçüsü “Tan Ke Fi” deyib: Bir çox həqiqətlər Birləşmiş Ştatların beynəlxalq nizam üçün birbaşa təhlükə və regiondakı qarışıqlığın səbəbkarı olduğunu sübut edir.
O, əlavə olaraq deyib: ABŞ, bir çox hallarda öz mənfəəti xatirinə böyük tələfata və günahsız mülki şəxslərin yurdsuz, avara qalmasına səbəb olan ya digər ölkələrə qarşı müharibə ya da toqquşmalar yaradıb.
Çinin Müdafiə Nazirliyinin sözçüsü sözlərinin davamında deyib: Tayvana təhlükəsizlik və sürətli şəkildə silah almaq üçün 10 milyardlıq kömək icazəsi olan 2023-cü ildəki maliyyə ili üçün 858 milyardlıq hərbi büdcə, təhrikedici addımlardan biridir. Bu da Tayvan boğazında sülhü və sabitliyi ciddi şəkildə təhlükəyə atır, Çin-ABŞ hərbi qarşıdurması təhlükəsini artırır.
Çin Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ın milli müdafiə səlahiyyəti aktı Çin təhlükəsini ortaya atır, bu ölkənin daxili işlərinə qarışır və Çin Komunist partiyasına hücum edir.
Peken bildirib ki, ABŞ gərək, Çinin cilovlanması və manipulyasiyası, vahid Çin prinsipinin təhrif olunması üçün Tayvandan istifadə etmək cəhdlərindən əl çəksin, səhv və təhlükəli yolda hərəkəti saxlasın.
ABŞ-ın da qəbul etdiyi vahid Çin siyayətinə əsasən, Tayvan Çinin bir hissəsidir. Baxmayaraq ki, ABŞ-ın bu ada ilə “qeyri-rəsmi” əlaqələri var, iki tərəf arasında güclü ticarət və təhlükəsizlik əlaqələri mövcuddur.
ABŞ-ın tayvanlı separatçıları dəstəkləməsi və Taypeyə silah satması, Çinin qəzəbinə səbəb olub. Bir müddət əvvəl ABŞ-n Nümayəndələr Məclisinin sədri “Nansi Polusi”-nin Tayvana təhrikedici səfəri, Peken-ABŞ arasındakı bəzi müzakirələrinin pozulmasına və Çinin Tayvan ətrafında təlim keçməsinə səbəb olmuşdur.