Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilk dəfə olaraq bu təşkilatın 19 Avqust çevrilişində Muhəmməd Musəddiqin kənarlaşdırılmasından ötrü qeyri-demokratik tədbirlərin dəstəklənməsindəki rolunu etiraf edib.
Xarici KİV-in verdiyi məlumata görə, “CIA” adlı Amerika Mərkəzi Kəşfiyyat İdarəsi xəbər agentliklərindən birinin verdiyi suallara cavab olaraq verdiyi bəyanatda ilk dəfə olaraq etiraf edib ki, CIA-nın himayəsi altında həyata keçən, İranın baş naziri Muhəmməd Musəddiqin devrilməsi və İran şahı “Muhəmməd Rza Pəhləvi”-nin hakimiyyətinin möhkəmlənməsi ilə nəticələnən 1953-cü il 19 Avqust çevrilişi qeyri-demokratik idi.
Bu hesabatda deyilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hal-hazırda rəsmi olaraq 1953-cü il çevrilişini qeyri demokratik təsvir edib.
Bu hesabata əsasən, bundan əvvəl də digər ABŞ rəsmiləri keçmişdə buna oxşar açıqlamalar veriblər, amma CIA-nın bu təşkilatın tarixçəsi barədəki podkastda etirafı CIA-nın bu çevrilişə dair rəsmi tarixçəsinin çoxunun hadisədən 70 il keçdikdən sonra hələ də gizli olduğu halda edilib.
Bu hesabat daha sonra CIA-nın yeni etirafına işarə etməklə, sözlərinə davam edərək deyib ki, CIA-nın yeni bayanatı bu hadisənin ictimaiyyət tərəfindən anlaşılmasını çətinləşdirir.
CIA verdiyi bəyanatda deyib: “CIA rəhbərliyi imkan daxilində ictimaiyyətlə şəffaf olmağı öhdəsinə götürüb və təşkilatın bu podkastı bu səylərin bir hissəsidir. Biz bilirdik ki, əgər bu inanılmaz hekayəni deməyi qərara alsaq, bu hadisələri əhatə edən tarixi kontekst və CIA-nın buradakı rolu haqqında şəffaf olmağımız əsasdır.”
İranın BMT-dəki nümayəndə heyəti xəbər agentliyinin verdiyi sualın cavabında 19 Avqust çevrilişini “ABŞ-ın İranın daxili işlərinə amansız müdaxiləsinin başlanğıcı”-nın əlaməti olaraq təsvir edib və ABŞ-ın etiraflarını rədd edib.
İranın BMT-dəki nümayəndəliyi deyib: “ABŞ-ın etirafları heç vaxt əvəzləyici addımlara yaxud gələcək müdaxilələrdən çəkinmək üçün real öhdəliklərə çevrilməyib. Onun İran İslam Respublikası qarşısındakı təxribatçı siyasəti dəyişməyib.”
Uzun müddətdir ki, 1953-cü il 19 Avqust çevrilişinin keçmişi barədə beynəlxalq fərziyyələr bəyan olunur. Britaniyanın keçmiş baş naziri “Vinston Çörçill” İranın o vaxtki baş naziri “Muhəmməd Musəddiq” hakimiyyəti ilə müxalif idi. Çünki, o, Britaniyanın İran neft sənayesindəki mənfəətini təhdid edirdi.