Fələstin Müqavimət Komitələri bədbəxtlik gətirən “Balfour” Bəyannaməsinin 107-ci il dönümündə vurğulayıb: Bütün qətliamlar, cinayətlər, qoyqırımlar və etnik təmizləmələr bədbəxtlik gətirən “Balfour” Bəyannaməsinin və Fələstin xalqına, İslam ümmətinə qarşı Qərb ölkələrinin koalisiyasının təbii nəticəsidir.
Fələstin Müqavimət Komitələri bildirib: Başda İngiltərə, Almaniya və Amerika olmaqla, cinayətkar Qərb ölkələri bizə qarşı müharibə başladıb, evlərimizi viran qoyublar.
Bəyanatın digər bir hissəsində deyilir: Sionistlərin və amerikalıların bütün kinləri, dağınıtları, qətlləri bizim azadlıq günəşimizin üstünü örtə bilməyəcək. Fələstin xalqı, müqaviməti və bunun ardınca bütün müqavimət mərkəzi qalib olacaq.
İngiltərənin 107 il əvvəl Fələstin torpağını sionistlərə verməsinə səbəb olan Balfour Bəyannaməsi bu illər ərzində Fələstin xalqına qarşı zülm, işğalçılıq və təcavüzdən başqa bir şey gətirməyib.
İngiltərənin o vaxtkı Xarici İşlər naziri “Artur Ceyms Balfour” 1917-ci ildə Noyabr ayının 2-də sionist hərəkatının liderlərindən biri “Lionel Valter Rotşildə” sonralar Balfour Bəyannaməsi kimi tanınan bir məktub göndərdi və ölkəsinin Fələstin torpağında sionist rejimin formalaşmasını dəstəklədiyini elan etdi. Balfour bu məktubda İngiltərə hökumətinin bu işin baş tutması üçün bütün səylərini edəcəyini vurğulamışdı.
Bu bəyannamə Fələstində 5%-dən çox yəhudinin yaşamadığı bir zamanda verilib. Fələstin amallarının tərəfdarları bu bəynannamə ilə bağlı “malik olmayanın haqqı olmayana vədə verməsi” ifadəsini işlədirlər. Yəni, mülk sahibi olmayan İgiltərə bu torpağı bu torpaqlarda heç bir haqqı olmayan sionistlərə verib. Beləliklə də, fələstinlilərin min illərlə bu torpaqlardakı hökmranlıq haqqı aradan gedib.
Qeyd olunan bəyannamə İngiltərə hökuməti və dünya sionist hərəkatı ilə birgə bu ölkədəki yəhudilər arasında baş tutan 3 il müzakirədən sonra verilib.
Sionistlər qeyd olunan müzakirələrdə ingilislərin hədəflərini həyata keçirə və Orta Şərq regionunda onların maraqlarını qoruya biləcəklərinə dair İngiltərə hökumətini qane etməyi bacardılar. Başda Fransa və İtaliya olmaqla, Amerika və Avropa ölkələri adı çəkilən bəyannamə dərc olunan kimi onu dəstəklədiklərini açıqladılar.
Fələstinin rəsmi və qeyri-rəsmi qrumları ötən bir neçə on illiklər ərzində İngiltərə hökumətindən Balfour Bəyannaməsi nəticəsində baş verən fəlakətə görə fələstinlilərdən üzr istəməsini tələb ediblər. Amma London bunu heç vaxt qəbul etməyib. Fələstinlilər bütün bu fəlakətlərə, qətliamlara və evsizliyə baxmayaraq, öz torpaqlarına və öz haqlarına bağlı olduqlarını, Balfour Bəyannaməsini və onun faciəli nəticələrini qəbul etmək istəmədiklərin sübut ediblər.