Britaniya mənbələrinin verdiyi məlumata görə, Britaniyaya məxsus casus təyyarələri uzun müddətdir ki, Qəzzə zolağı üzərində uçuşlar həyata keçirir; Məqsəd isə Təl-Əvivə israilli əsirləri tapmaqda mümkün qədər kömək göstərməkdir.
Xarici KİV-in verdiyi məlumata əsasən, İsrail saytlarından biri bildirib ki, Britaniya hökumət mənbələri ölkənin silahlı qüvvələrinin İsrailə “oğurlanmış israilliləri” tapmaqda kömək etmək üçün Qəzzə zolağı üzərinə casus təyyarələri göndərməyə davam etdiyini açıqlayıb.
Məlumata görə, RAF təyyarələri və bölgədə yerləşdirilmiş digər Britaniya qüvvələri oğurlanmış israillilərin hərəkətləri ilə bağlı real vaxt məlumatlarını təmin etmək üçün topladıqları məlumatları İsrail rejiminin ordusuna təqdim edib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi əməliyyatda iştirak edən təyyarələrin növü və sayını açıqlamaqdan imtina edib. Missiya İsrail rejiminin Qəzzə üçün yeni müharibə planını dərc etməyə hazırlaşdığı bir vaxtda həyata keçirilir.
İsrail saytının məlumatına görə, uçuş izləmə məlumatlarına əsasən, Britaniya təyyarələri Qəzzə zolağı üzərində yüzlərlə missiya yerinə yetirib, sonuncusu keçən ay olub. Uçuşlar Britaniya Kral Hərbi Hava Qüvvələrinin Kiprdəki Akrotiri aviabazasından başlayıb.
Təyyarələr nəqliyyat vasitələrinə, küçələrə, yaşayış binalarına nəzarət etməyə və hətta yerdəki xüsusi hərəkətləri izləməyə imkan verən qabaqcıl texnologiya ilə təchiz edilib.