Fələstin müqavimətinin əməliyyat otağındakı məlumatlı bir mənbə Britaniyanın Qəzzədə İsrail adından kəşfiyyat-casusluq əməliyyatlarında iştirakı ilə bağlı aydın sübutların mövcud olması barədə məlumat verib. Britaniya Qəzzə zolağında minlərlə qadın və uşağın qətliam edilməsində işğalçılara kömək edib.
Bu yüksək səviyyəli mənbə Britaniyanın Qəzzə müharibəsində kəşfiyyat cəhdlərindəki iştirakının Amerikanın iştirakı ilə həyata keçirildiyini vurğulayıb.
O, İngiltərədən sionist işğalçılarla kəşfiyyat əməkdaşlığını dayandırmağı, Qəzzə və Fələstin xalqının soyqrımındakı iştirakına son qoymağı istəyib.
Bundan öncə də, ingilis araşdırma qəzetlərindən biri bildirmişdi ki, bu ölkənin hava qüvvələri “İsrail”ə kəşfiyyat məlumatları ötürmək üçün Qəzzə zolağının səmasında 50 kəşfiyyat uçuşu həyata keçirib.
Hərbi və kəşfiyyat qrumlarının işi barəsində araşdırma aparmaq üzrə ixtisaslaşmış Britaniya qəzeti deyib: İngilis təyyarələri Britaniyanın Cənubi Kiprdəki “Akratari” hava bazasından qalxıb və ötən Dekabr ayından indiyə qədər “İsrail”ə məlumat ötürmək üçün Qəzzə səmasında hər gün bir uçuş olmaqla 50 kəşfiyyat uçuşu həyata keçiriblər.
Digər tərəfdən də, bu istiqamətdə cari ilin İyun ayının 9-da ABŞ qəzetləri hesabat dərc edərək Amerika və İngiltərənin “İsrail”ə Qəzzədəki 4 məhbusunu Tel-Əvivə qaytarması üçün kömək etdiklərini bildiriblər.
Bəzi ABŞ qəzetləri isə bildiriblər ki, müharibə boyunca Amerika və İngiltərənin verdiyi məlumatları toplamaq və təhlil etmək üçün bəzi qruplar İsraildə qalıb. Həmin qruplar həbs olunmuş əsirlərin azad olunma əməliyyatından öncə onlar haqqındakı məlumatlar təqdim edirlər.