Ötən həftənin bazar ertəsi britaniyalı bir qadın Britaniyanın əsas mediasını London metrosunda hərəkət edən qatarda xəbər senzurasında ittiham edib.
Xarici KİV-in verdiyi məlumata görə, “BBC və Sky News sizə həqiqəti deməyəcək”- bu, Britaniyanın əsas media qurumlarının İsrailin Qəzzədə törətdiyi soyqırımı gizlətməsinə etiraz edən bir qadının öz təşəbbüsü ilə söylədiyi sözlərin bir hissəsidir.
BBC peşəkar etikaya zidd olan son addımında İsrail tərəfdarlarının tələbi ilə “Qəzza: Müharibə zonasında necə sağ qalmalı” adlı sənədli filmi BBC iPlayer platformasından silib. Xarici KİV-in məlumatına görə, bu addım Britaniyanın tanınmış simalarının, o cümlədən BBC aparıcısı Qəri Laynəkerin və aktyorlar Rut Nega, Culiyet Stivenson və Miryam Marqolisin də etirazına səbəb olub.
Eyni zamanda, digər bir xəbər agnetliyi “Declassified UK” adlı institutun tədqiqatlarına istinad edərək bildirib ki, BBC Britaniya hökumətinin İsrail rejiminin Qəzzədəki cinayətlərinə dəstək roluna dair məlumatları senzura edib. Bu senzura ilə BBC, Britaniya ictimaiyyətini bu əməkdaşlığın həqiqi miqyasından xəbərsiz saxlayıb.
Bu etirazçı ingilis qadın üzərində əl-Əqsa məscidinin şəkli olan geyimlə metro sərnişinlərinə müraciət edərək onlardan xahiş edib ki, həqiqətləri sosial media vasitəsilə və Fələstin tərəfdarlarının dili ilə izləsinlər.
Onun Qəzzədə uşaqlara, jurnalistlərə və həkimlərə qarşı İsrail rejiminin törətdiyi cinayətlərə dair etiraz səsləri metroda “Azad Fələstin” və “BBC-yə nifrət olsun” şüarları ilə digər sərnişinlər tərəfindən dəstəklənib.