“Declassified” araşdıma mərkəzi mövcud məlumatlara istinad edərək bildirib ki, İngiltərə psixoloji müharibə üsulları və kiber hücumları barəsində sionist rejimin orudusuna gizli şəkildə məsləhət verib və onlara praktiki yardım göstərib.
Declassified araşdıma mərkəzi Britaniya ordusunun 77-ci briqadasının işğalçı rejimin ordusu ilə strateji və taktiki münaqişələr üçün gizli telefon danışıqlarından məxfi fayllar üzə çıxarıb.
Bu tədqiqat bazası əlavə edib: Britaniya ordusunun bir bölməsi informasiya əsrində müharibə üçün psixoloji və sosial şəbəkə əməliyyatlarından istifadə edir. Bu bölmə kiberhücum və təbliğat əməliyyatları kimi psixoloji müharibə mütəxəssisləridir.
Verilən hesabatda deyilir ki, sionist rejimin ordusunun təbliğat əməliyyatları Qəzzəyə hücuma haqq qazandırmaq üçün saxta videolardan və sosial şəbəkələrdə saxta istifadəçi hesablarından istifadəni əhatə edir.
Qeyd olunan mənbə sözlərinin davamında deyib: Sionist ordusu 2018-ci ildən 2019-cu ilə qədər Berkşir Ermitajındakı 77-ci briqadanın bazasında Britaniya ordusu ilə iki dəfə mübadilə edib. İfşa olunmuş sənədlər Anonymous for Justice (Ədalət naminə anonim) adlı qrup tərəfindən sionist ordusunun sızma əməliyyatlarından xəbər verir.
İsrail rejiminin beynəlxalq məhkəmələrdə Qəzzədə soyqırım və hərbi cinayətlərlə bağlı mühakimə olunduğu halda İngiltərə Müdafiə Nazirliyi informasiya azadlığı ilə bağlı müraciəti və ya sionist rejiminə hərbi yardımla bağlı sualları cavablandırmağı rədd edir.
Ordu Qərargahı Kollecinin fəxri professoru Paul Rogers bu barədə deyib: Bu açıqlama çox mühümdür və İsrail və İngiltərədə psixoloji müharibə amillərinin necə yüksək səviyyədə bir-biri ilə bağlı olduğunu göstərir. Ordu həmişə bütün səviyyələrdə şəffaflığı təmin etməlidir.”