Üzə çıxan yeni məlumatlar ABŞ Dövlət katibinin, sionist rejiminin qanun pozuntuları və humanitar yardımların Qəzzəyə girişinə icazə verməməsi barəsində xəbərdar olmasına baxmayaraq, ABŞ Konqresinə yalan məlumatlar verdiyini göstərir.
Cari ilin əvvəllərində ABŞ-ın iki dövlət rəsmisi bu qənaətə gəlib ki, sionist rejimi Qəzzədəki vəhşi cinayətləri zamanı mühasirə altında olan bu məntəqəyə qida və dərman çatdırılmasını qəsdən dayandırıb.
“ProPublica” araşdırma jurnalistika saytı çərşənbə axşamı günü ifşa olunan məlumatlara istinad edərək, yazıb: Amma ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ABŞ Dövlət Departamentinin Qaçqınlar İdarəsi əldə etdikləri məlumatları Aprel ayının sonlarında Vaşinqtonun yüksək rütbəli diplomatları ilə müzakirə etdikdən sonra belə ABŞ Dövlət katibiAntoni Blinken sonrakı günlərdə onun tam əksini Konqresə söyləyib.
Blinken Mayın 10-da ABŞ Konqresinə verdiyi bəyanatda iddia edib: “Hazırda İsrail Nazirlər Kabinetinin ABŞ humanitar yardımının daşınmasının yaxud gödərilməsinin qadağan etməyini və ya məhdudlaşdırmasını qiymətləndirmirik.”
Antoni Blinken Konqresə bəyanatından öncə ProPublica-nın gördüyü USAID-in sionist rejiminin rəftarı barəsindəki 17 səhifəlik qeydlərini əldə edib. O qeydlərdə xilasedicilərin öldürülməsi, xəstəxanaların və təcili yardım maşınlarının bombalanması, əkin sahələrinin dağıdılması, qida və dərman daşıyan yük maşınlarının daim geri qaytarılması və paylama anbarlarının Tel-Əviv tərəfindən bağlanması təsvir edilib.
Xarici KİV-in verdiyi məlumata əsasən, Bliken yaxud Bayden administrasiyasının sionist rejimi və ya onun Qəzzədəki müharibəsi qarşısında öz siyasətlərini dəyişəcəkləri ilə bağlı heç bir əlamət yoxdur, müharibədə 41467 fələstinli, o cümlədən 16500 uşaq şəhid olsa belə.
Bununla yanaşı, ABŞ agentliyinin özünün topladığı sübutlara baxmayaraq, Bayden administrasiyası sionist rejiminə qarşı silah embarqosu nəzərdə tutmaqdan və ya Tel-Əvivin çoxsaylı hərbi cinayətlərini etiraf etməkdən imtina edir.