Özünü ehtiyat qüvvələrində Netanyahunun keçmiş komandiri kimi tanıtdıran sionist rejiminin keçmiş yüksək rütbəli hərbi komandiri, onu Livan əleyhinə ilk müharibə zamanı xidmətdən qaçmaqda ittiham edib.
“Benyamin Netanyahu”-nun ehtiyat qüvvələrdə və “Sairt Markal” komando bölməsində xidmət etdiyi zaman onun komandiri olduğunu bildirən sionist rejimi ordusunda ehtiyat qüvvələrin yüksək rütbəli zabitlərindən olan “Şlomi Raisman”, Netanyahunun ehtiyat qüvvələrin zabit və əsgərlərinə qarşı açıqlamalarına, xidməti tərk edərək iddia olunan məhkəmə islahatlarına etiraz nümayişlərində iştirak etmələrinə görə onları danlamalarına reaksiya verib.
Xarici saytlardan birinin yazdığına görə, özünü “Sairt Markal” komandoları bölməsinin keçmiş komandiri kimi tanıtdıran bu şəxs, Netanyahunu birinci Livan müharibəsi zamanı xidmətdən boyun qaçırmaqda ittiham edərək ona yazıb: “ İcazə ver sənin barəndə ehtiyat qüvvələrin bir üzvü kimi söhbət edək. “Deni Bi” mənə xəbər verdi ki, birinci Livan müharibəsində ehtiyat qüvvələrdəki xidmətin çərçivəsində bir missiyasnı sənə tapşırıb. Amma bu missiya sənin istəyinlə uyğunlaşmadığına görə, bu missiyadan boyun qaçaraq gizlənmisən.”
Sionist rejiminin baş nazirliyi ofisi bu xəbər yayıldıqdan sonra fikir bildirərək deyib ki, Raismanin iddiası tamamilə yalandır və o, heç vaxt Netanyahunun komandiri olmayıb. Raismanin ehtiyat qüvvələrdə komandir olduğu vaxt, Netanyahu Vaşinqtonda və Millətlər Təşkilatında səfir idi, Livan müharibəsi başlamazdan biraz əvvəl siyasi missiya ardınca gedib.