Hal-hazırda BƏƏ və İsrail Qəzzə zolağında İŞİD-i dəstəkləməklə Qəzzə zolağına göndərilən humanitar yardımları qarət edib, talamaq planını icra etməkdədirlər.
İsrail rejimi və Fars körfəzindəki ərəb ölkələrinin təkfirçi terror qrupları, o cümlədən “İŞİD” və “Cəbhə ən-Nüsrə” ilə əlaqələri heç kəsə gizlin deyil. Suriyaya tətbiq edilən müharibə zamanı bu münasibətlərlə bağlı çoxlu məlumatlar və xəbərlər dərc olunub.
İndi isə diplomatik mənbələr İsrail rejiminin Qəzzə zolağındakı son müharibəsi zamanı bu münasibətlərin yeni tərəflərini üzə çıxarıb. Bu mənbələrin verdiyi məlumatlara əsasən, hal-hazırda Qəzzədə BƏƏ və İsrail tərəfindən “İŞİD” sərkərdələrinə tapşırılan vəzifə bu zolağın sivil sistemini və idarəetmə strukturunu zəiflətmək məqsədi ilə sistematik xaos yaratmaqdır. Onlar bunu Qəzzə zolağına daxil olan humanitar yardım paketlərini qarət edib, talamaq yolu ilə icra etməli və bunların fələstinlilər tərəfindən həyata keçirildiyini göstərməlidirlər.
Bu mənbələr BƏƏ rəsmilərinin aylardır İŞİD-dən qalan bir sıra üzvləri bu planı icra etmək üçün xidmətə götürdüklərinə işarə edərək bildiriblər: “Bu qrupun rəhbərliyi “Yasir Əbu Şəbab” adlı bir nəfərin əlindədir və onun İsrailin müharibədən sonra Qəzzə zolağındakı planını icra edən tərəflərdən biri olması gözlənilir.”

“Yasir Əbu Şəbab”ın adı bir neçə həftə əvvəldən Qəzzə zolağında dillərə düşüb. O, az sayda Qəzzə zolağına daxil olan humanitar yardımları qarət edib, talayan dəstənin başçısı kimi qələmə verilir.
Bu mənbələrin sözlərinə görə, Yasir Əbu Şəbabın iki ay öncə BƏƏ zabitləri və İsrailin Daxili Təhlükəsizlik Xidmətinin (ŞABAK) zabitləri ilə telefon əlaqələri olub. Yasir Əbu Şəbab humanitar yardım karvanlarını qarət edib, talamaq və Əbu Dabi tərəfində maliyyə və hərbi dəstək üzərində onlarla razılığa gəlib.
Yasir Əbu Şəbabın tarixi keçmişi onun Qəzzə zolağında İŞİD-in qatı dəstəkçisi olduğunu göstərir. O, İŞİD-in Suriya və İraqda fəaliyyətdə olduğu illərdə həmişə bu qrupun planlarını Qəzzə zolağında icra etməyə səy göstərib. Bu, HƏMAS-ın təhlükəsizlik xidmətlərinin Qəzzədə müharibə başlamazdan öncə onu həbs etməsinə səbəb olub. Beləliklə də, o, cinayət ittihamları ilə 13 ay HƏMAS-ın zindanlarında qalıb və İsrailin Qəzzə zolağına hücumundan sonra zindandan çıxıb.
Artıq bir neçə həftədir ki, Əbu Şəbab açıq-aşkar və İsrail ordusu tərəfindən heç bir maneə ilə qarşılaşmadan təşkil etdiyi dəstə ilə Qəzzəyə daxil olan humanitar yardım karvanlarını qarət edir və hər gün qarət dairəsini genişləndirir.

Əbu Şəbabın rəhbərlik etdiyi dəstə İsrail rejiminin nəzarəti altında olan yollarda, xüsusən də “Kərəm Əbu Salim keçidi”ndə torpaq baryerlər yaradaraq karvanların yolunu bağlayır. Onlar karvanları dayandırmaq üçün silahdan istifadə edirlər. Bu dəstənin bütün üzvləri kalaşnikov və digər yüngül çəkili silahlarla silahlanıblar.
Baş verən hadisələrin birində Əbu Şəbabın dəstəsi Oktyabr ayının əvvəllərində humanitar yardım daşıyan 100 yük maşınından 80-a yaxın yük maşınına hücum edib, onları qarət edərək yüklərini oğurlayıb.
BMT-nin verdiyi məlumata görə, ötən iki aydan bəri təkcə karvanlar Əbu Şəbabın dəstəsi tərəfindən qarət edilmir, həm də yük maşınının sürücüləri ağır şəkildə döyülürlər. Belə ki, hal-hazırda heç bir sürücü beynəlxalq yardım agentliklərinin yardımlarını Qəzzə zolağına aparmaq istəmir.

Qəzzə zolağında aclıq böhranının kəskinləşməsiylə Əbu Şəbabın dəstəsi İsrail ordusunun Qəzzəyə daxil olmasına icazə verdiyi azsaylı yardımları BƏƏ və İsrailin dəstəyi ilə qarət edir.
BMT-nin ötən ay açıqladığı memorandumda onların daxildə cinayətkar dəstələr tərəfindən və xaricdən İsrail ordusu tərəfindən dəstəkləndikləri vurğulanıb.