Kral şəbəkəsi BBC neytrallıq və müstəqillik iddiasındadır. Zahirdə də elə bir təzdə hərəkət edir ki, hər iki tərəfə dəyən ziyanları çatdırdığını və kiminsə tərəfini saxlamadığını göstərsin. Amma bu kral şəbəkəsi əməldə nə edir?
BBC sionist rejiminin hücumlarının sayını və Qəzzədə, Livanda insan itkisinin həcmi barədə danışır. O, bu işi Qüdsü işğal edən sionist rejimin cinayətkar ordusunun güclü və əzəmətli görüntüsünü təqdim etmək və dinləyicilərə “əl-Əqsa Tufanı əməliyyatının başlaması strateji bir səhv idi”, “Müqavimətin xərcləri var, belə isə müqavimətdən əl çəkin!” kimi fikirləri təlqin etmək məqsədi ilə edir.
Kral şəbəkəsi olan BBC İngiltərə Xarici İşlər Nazirliyinin təbliğat qolu kimi duyğuları oyatmaq, məzlum göstərmək və psixoloji əməliyyatlar aparmaq məqsədi ilə sionist köçkünlərinə dəyən ziyanları “hekayət” edir. Yəni təkcə statistikanı təqdim etmək əvəzinə BBC-nin sionist köçkünlərin müsibətləri bildiyi şeyi təfərrüatı ilə bəyan edir.

İtkilərlə bağlı statistikanı açıqlamaq heç vaxt bir nəfərin ölüm hekayəsi qədər emosiyaları hərəkətə gətirə və dinləyicidə empatiya yarada bilməz. BBC heç zaman övladlarını itirmiş 20000 fələstinli ailənin, xüsusən də siont rejimi tərəfindən şəhid edilmiş bir yaşdan kiçik 710 körpənin ailəsinin vəziyyətini hekayət etmir.
Əslində, BBC reallığı bilərəkdən dəyişməklə bir tərəfdən sionist rejimin döyüş və kəşfiyyat gücünün görüntüsünü təqdim edir, digər tərəfdən də işğalçı köçkünlər üçün media povestləri yaratmaq və onları məzlum göstərməklə Fələstin və Livan xalqının müdafiə tədbirlərinin qanuniliyini sual altına salmağa çalışır.
Eyni zamanda BBC reallığı dəyişərək, son müharibənin Fələstin və Livan xalqı ilə israillilər arasındakı döyüş olmadığını, əksinə İsrail rejiminin HƏMAS və Hizbullah qruplarının avantürzmi ilə mübarizə aparması üçün olan döyüş olduğunu təlqin etməyə çalışır. Amma sionistlərin 75 illik cinayət və işğalçılığından yaxud region xalqlarının qanuni müdafiəsindən söz açmır.
