Ağ evin Milli Təhlükəsizlik müşaviri Tel-Əvivin Daxili Təhlükəsizlik müşaviri ilə telefon danışığında ABŞ-ın sionist rejiminin təhlükəsizliyini və Qəzzə zolağından “raket hücumları qarşısında özünü müdafiə haqqı” kimi qələmə verilən məsələni dəstəklədiyini vurğulayıb.
Amerika hökuməti dünən (cümə axşamı) axşam saatlarında, Ağ evin Milli Təhlükəsizlik müşaviri “Ceyk Sallivan”-ın müvəqqəti sionist rejiminin Daxili Təhlükəsizlik müşaviri “Təsahi Hanqbi” ilə telefon danışığı barəsində məlumat verib.
Ağ ev verdiyi bəyanatla bu xəbəri verməklə bildirib ki, Sallivan Hanqbi ilə Qəzzə zolağının vəziyyəti və müqavimət qüvvələri ilə terrorçu sinonist rejimi arasında atışma barəsində danışıqlar aparıblar.
Bununla da Ağ evin Milli Təhlükəsizlik müşaviri həmişəki kimi sionist işğalçılarının Fələstin xalqına qarşı cinayətlərinə və uşaq öldürmələrinə göz yumaraq, “ABŞ hökumətinin İsrailin təhlükəsizliyini qəti şəkildə dəstəklədiyini və həmçinin, onun qaydasız raket hücumları qarşısında müdafiə haqqının olduğunu” vurğulayıb.
Bəyanatın ardında deyilib: Sallivan həmçinin, atəşkəsdən ötrü vasitəçilik etmək üçün regional səylərin davamına işarə edib, gərginliklərin azaldılmasının və daha çox itkinin qarşısının alınmasının vacibliyini vurğulayıb.”
Bu telefon danışığından bir saat əvvəl, sionist rejimi Xan Yunisdəki bir binaya 3 nəfərin şəhid olması və digər bir neçə nəfərin yaralanması ilə nətilənən raket hücumu həyata keçirib.
Fələstin mediyaları Xan Yusifə olan hücumda İslami Cihad Hərəkatının hərbi qolu “Səraya əl-Qüdsün” Hərbi Şurasının üzvlərindən olan “Əli Həsən Ğali”, qardaşı “Mahmud Ğali” və başqa bir nəfərin şəhid olduğunu təsdiqləyib.