Xarici KİV-in verdiyi məlumata əsasən, amerikalı iqtisadçılar xəbərdarlıq edirlər ki, cari ildə ölkənin iqtisadiyyatı öz sözləri ilə desək böyük tufanla ziyana uğrayacaq. Onlar Baydenin ölkənin büdcəsinə dair qərarının və səhv maliyyə siyasətlərinin təsirli olduğunu bildiriblər.
Amerikalı bir iqtisadçı, cümə günü dərc olunan ABŞ məşğulluğu barədə hesabatdan sonra ölkənin vəziyyətini tənəzzüldə boğulma, borc böhranı və nəzarətdən çıxmış inflasiya kimi qiymətləndirib.
David, deyib: Ötən iki il ərzində səhv maliyyə siyasətləri bu böhranın səbəbidir. Bir neçə il əvvəl narahat idik ki, ölkədə inflasiya kifayət qədər deyil, amma indi həddindən çox natahatam ki, inflasiya tənəzzülündəyik. Bir neçə il əvvəl faiz dərəcəsinin aşağı olmasını deyirdiksə, indi çox yüksək faiz dərəcəsindən narahatıq. Bir neçə il əvvəl deyirdik ki, ABŞ öz məhsullarını həddindən çox dünyaya ixrac edir, amma indi ABŞ özü qloballaşmaya maneədir. Xülasə, ABŞ-ın iqtisadi vəziyyəti bir neçə il əvvələ nisbətən tamamilə fərqlidir.
O, Federal Ehtiyat sisteminin ABŞ-da faiz dərəcəsi siyastində uğursuzluğa düçar olubmu? sualına cavab olaraq deyib: Federal Ehtiyatın təxminən bir il əvvəl başlatdığı faiz artımı siyasəti, düz olsaydı, indi qiymət artımının və ABŞ-ın böyük banklarının müflüsləşməsinin şahidi olmazdıq.
Bundan əlavə Baydenin təqdim etdiyi büdcə, ABŞ-ın iqtisadı ehtiyaclarını təmin etmir. Ola bilsin ki, birjaların geniş satışının şahidi olaq və bazar qırmızı rəngdə qalmaqda davam etsin.
Bu iqtisadçı bildirib ki, Baydenin təqdim etdiyi büdcə, çox böyük ehtimalla qəbul olunmayacaq. Çünki, onda iqtisadi baxışın hakim olmasından daha çox siyası baxışın olması görünür.
O, əlavə olaraq deyib: Mənim fikrincə, ABŞ-ın 6.8 trilyon dollarlıq büdcəsi, ölkədə inflasiyanın daha da artmasına səbəb ola bilər. Bunun özü də birjaya ziyan dəyməsinə səbəb olacaq və biz şübhəsiz, cari ildə birjanın azalmasına şahid olacıq. Bu iqtisadçının sözlərinə görə, Federal Ehtiyatın faiz artımı siyasətini davam etdirdiyi surətdə inflasiya davam davam edəcək. Amma mühüm məsələ budur ki, Rusiya və Ukraniya arasındakı müharibə zonasının coğrafi gərginlikləri də enerji, qida, kimyəvi gübrə və sənaye metalları bazarı üzərində təsirlidir.