Sionist rejimi işğalçılığı sabitləşdirmək və Suriyanın neft və su ehtiyatlarını talamaq üçün Amerikanın şərikliyi ilə Suriyanın cənubundan şimal-şərqinə doğru dəhliz yaratmaq planını icra etməkdədir.
Sionist rejimi son iki həftə ərzində Suriyada başlatdığı əməliyyatlarda bu ölkənin 500 kvadrat kilometr ərazisini işğal edib.
Sionist rejimin Suriyanın milli suverənliyinə qarşı ən bariz təcavüzü Cəbəl əş-Şeyx Colan dağlıq bölgəsini, Həvz əl-Yərmuk münbit ərazisini və su hövzəsini, o cümlədən İordaniya və Suriya əraziləri arasında yerləşən əl-Vəhdət su səddini işğal etməkdir.
İsrail rejiminin hədəflərindən biri Suriyanın şirin su mənbələri ilə dolu bölgələrinə əl qoymaqdır. Bununla da, o, çaylar və göllər kimi təbii su ehtiyatları sahəsindəki müxtəlif problemlərinə qələbə çalmaq istəyir.
Dəra vilayətinin qərbindəki Həvz əl-Yərmuk ərazisi Yərmuk çayına şamildir. Bu çay bir sıra mövsümi sulardan ibarətdir ki, onların ən mühümü Vadi əz-Zeydi, əz-Zəhəb, əl-Hərir, əl-Əlan və ər-Rəqaddır. Onların da hamısı Yərmuk su hövzəsinə və Yərmuk daimi çayına tökülür.

İndi sionist rejimi ordusunun Suriya torpaqlarında yerləşən Quneytərə və Dəra vilayətlərində olması və Suveyda istiqamətində irəliləməsi bu rejimin su ehtiyatlarından kənarda suriyalıların resurslarına və sərvətinə olan tamahkarlığının əlamətidir.
Sionist rejimi ordusu Suriyadakı genişlənmə əməliyyatının adını “Başan oxu” adlandırıb.
Başan Suriyada Colan təpələrinə şamil olan qədim bir bölgənin adıdır. “Başan oxu” adının İsrail rejimi tərəfindən seçilməsi bu rejimin Suriyadakı işğalçılıq məqsədlərinin Müqəddəs kitabın simvolları ilə aşkar əlaqəsinin göstəricisidir.
İsrail rejiminin Suriyadakı indiki strategiyası Suriyanın bəzi bölgələrini, hətta iqtisadi cəhətdən olsa da, öz himayəsinə almaq üçün bu ölkənin bölünməsi üzərində cəmlənib. Buna görə də, təklif olunan ssenarilərdən biri Suriyanın cənubundakı druzların (Suveyda və Colan vilayətlərində) hökumət qurmaq üçün uzun müddətli dəstəyinə əsaslanır.
Digər tərəfdən də, Təhrir əş-Şam qruplaşmasının lideri və Suriyada keçid hökumətinin başçısı Əbu Məhəmməd əl-Colaninin ABŞ-ın terror qruplaşmaları siyahısından çıxmaq və öz qüdrətini möhkəmləndirmək üçün ABŞ-ın dəstəyinə etiyacı olduğundan o, ABŞ-ın Suriyanın şimal-şərqində işğalçılığını sabitləşdirmək, neft və qaz mədənlərini talamaq üçün göstərdiyi səylər qarşısında sakit dayanıb.
Amerika Suriyanın şimal-şərq və cənub-şərqində yerləşən bazalardakı qüvvələrinin sayını iki dəfə artırdığını bildirib və Suriyadan çıxmaq fikrində olmadığnı vurğulayıb. Bunlar Ağ Evin Suriyanın neft və qaz mədənlərini daha çox talamaq üçün qərarını göstərir və bu dəfə bəlkə də sionist rejimin şərikliyi ilə.
Bildirilir ki, Suriyanın zəifləməsi və parçalanmasından asılı olmayaraq, ABŞ və İsrail rejiminin Suriyadakı son hərəkətlərinin arxasında Suriyanın şimal qazının işğal olunmuş ərazilərə ötürən boru xəttinin tikintisi ilə bağlı köhnə planın icra olunması və Türkiyənin Suriyanın bu resurslarına əl atmasının qarşısını alması dayanır.
Bu plana əsasən, sionist rejimi Suriyadakı irəliləyişlərinin davamında Suveydadan sonra Hümsə, daha sonra Deyr əz-Zor, Fərat çayı və Həsəkəyə gedəcək. Bununla da, sionist rejimi bu bölgələrə hakim olmaqdan əlavə, Suriyanın şimalındakı neft və qaz ehtiyatlarını işğal olunmuş ərazilərə ötürmək üçün həmin batil “Davud” keçidini yaradacaq.