Xəbər: “Bəşər tarixinin ən böyük faciəsindən sonra, sonda yəhud qövmü vədə verilmiş torpaqda yuva qurmağı bacardı… Siz doğurdan da çöllüyü çiçəkləndirdiniz.” Bu, Avropa Komissiyasının sədri “Ursula Fon Der Leyen”-in Fələstinin sionistlər tərəfindən işğal olunmasının 75-ci il dönümü münasibəti ilə ünvanladığı müraciətindəki sözlərdir.
Bir çoxları bu açıqlamalara reaksiya verərək tənqid ediblər və onu nadanlıq ya da sionist mediyasının və lobbisinin nüfuzundan qaynaqlandığını bildiriblər. Amma bu, düz deyil. Çünki, Ursula kimi bir adam dediklərinə tamamilə agahdır.
Hər kəs xatırlayır ki, Avropa İttifaqının xarici siyasət rəsmisi Jozep Borrell, Avropanı “bağ” və qalan dünyanı fırıldaqçı adlandıraraq, fırıdaqçıların bu bağa hucümları ilə bağlı xəbərdarlıq etmişdi. Buna görə də onun sözü müstəmləkəçi, mədəni, irqçi və təkəbbürlü irsindən qaynaqlanıb.
Siyasi fəalların bir çoxu və ictimai rəy, sionistlər tərəfindən səhranın cənnətə çevrilməsi ilə bağlı Ursulanın sözlərini rədd etməklə yanaşı, deyiblər ki, Fələstin sionistlər tərəfindən işğal olunmamışdan əvvəl iqtisadi, mədəni, ticari və kənd təsərrüfatı baxımından imkişaf etmiş, ərəbləri özünə cəlb etmişdi. Fələstin səhra deyil, əksinə Allahın yer üzərindəki behişti, ilahi peyğəmbərlərin (ə) bir çoxunun doğulduğu yerdir və şəhərlərinin tarixi Avropa İttifaqı ölkələrinin şəhərlərinin tarixindən daha çox əvvələ qayıdır. Bundan əlavə, gərək sorulşulsun ki, Avropaya səhranı bağa çevirmək üçün onu sionistlərə verməyə kim haqq verib? Niyə Avropa digər səhraları bağa, behiştə çevirməyib?
Ursula əcdadları kimi bilir ki, FələstiniAllahın yaratdıqları içində ən mənfurlarının, o cümlədən Hulako və Çingiz xan kimi cinayət törədən cinayətkarların, qatillərin, irqçilərin, terrorçuların və şəhvətbazların toplaşdığı yerə çevirən elə Avropa olub.
Ursula və sələfləri olmasaydılar, Fələstin xalqının əziyyətləri bu günə qədər davam etməzdi və sionist rejimi özünün hərbi hava limanları, silah anbarları, tank və döyüş fabrikləri ilə müsəlmanlar, ərəblər üçün təhdid olmaqdan ötrü əcdadlarının bazasına çevrilməzdi, İslam dünyasının bölünməsi və ümmətin resurslarının talan olunması üçün bir qapı olmazdı.