İrlandiyanın Avropa parlamentindəki nümayəndəsi Qərb rəhbərlərini, xüsusən də Kanadanın baş nazirini İrandakı iğtişaşlar barəsindəki yalanlarına görə rüsvay edərək deyib ki, heç bir öklə belə iştişaşlarla güzəştə getmir.
Xarici KİV-in verdiyi məlumata görə, İrlandiyanın Avropa parlamentindəki nümayəndəsi Qərb ölkələrinin rəhbərlərinin və mediyalarının İran İslam Respublikası əleyhinə mənfi təbliğatlarını, yalanlarını və iğtişaşları dəstəkləmələrini şiddətli şəkildə tənqid edib.
Valas, həftənin cümə axşamı səhər Avropa parlamenti iclasındakı söhbətlərinin bəzisini paylaşmaqla deyib: Keçən həftə Avropa parlamentinin bir sıra üzvləri, Avropa Xarici Ximdət üzvləri və hətta dünya ölkələrinin rəhbərlərinin bəzisi, İran barəsində düzgün olmayan məlumatlar yayıb və iddia ediblər ki, İran hökuməti 15 000 etirazçının edama məhkum olunması qərarına gəlib.
O, Kanadanın baş naziri Castin Trodoya hücum etmək və onun yalanlarını ifşa etməklə izah edib: “Bu yalan ( 15 000 insanın edama məhkum olunması) ifşa olunan zaman, Kanadanın baş naziri öz Twitter yazısını sildi! Amma heç bir üzrxahlıq etmədi.”
Bu avropalı qanunverici Qərb ölkələrinin hakimiyyət orqanlarının və mediyalarının yalanlarından başqa birini açıqlayıb: “(deyirlər) dinc nümayışlər gedir. Çox iranlılar ədalətsizcəsinə həbs olunublar və gərək azad olunsunlar. Etirazçıların çoxu zorakı represiya nəticəsində öldürülüblər.”
Amma Valas İrandakı iğtişaşların reallığı barəsində aşkar şəkildə (bunları) bildirib: “ Qətl və zorakılıqların çoxu bəzi etirzaçılar tərəfindən baş verib, (ümümi mallara) ziyan vurulub. Bu, heç yerdə güzəştə gedilməyən bir şeydir.”
O, ABŞ-ın keçmiş təhlükəsizlik müşaviri “ Can Bulton”-nun İranda iğtişaşçıların İraq Kürdüstanı vasitəsilə silah əldə etmələri barəsindəki etirafına işarə edərək deyib: “İran hücuma məruz qalıb. Mediya hücumları da şiddətlidir.”
O, sözlərinin davamında deyib: İran eleyhinə təbliğat və sabitliyin pozulması, Suriya hökumətinin deyişilməsi əməliyyatlarını yaddaşlara qaytarır. Suriya inqilabını dəstəkləyənlər, Suriyanin bugünki xarabalığı barəsində bir söz demirlər.
Valas, Suriya barəsində və İrandakı iğtişaşları dəstəkləyənlər barəsində bildirib: “Suriya qanunsuz olaraq işğal olub, ölüm həddində sanksiya tətbiq olunub, onun milyonlarla vətəndaşı didərgin düşüb və yüz minlərlə insan da qurban verilib. Siz belə bir şeyi İran üçün istəyirsiz?!”
Bundan əvvəl, ABŞ-ın İran məsələlərində xüsusi nümayəndəsi “Robert Mali”, Vaşinqtonun diqqətinin İrandakı iğtişaşlara yönəlməsini bildirərək demişdir ki, Tehrana təzyiq və sanksiya siyasətini hələ davam edəcəklər.