Türkiyənin Ədalət və İnkişaf Partiyasına bağlı ərəb mediası Ankara ilə Tel-Əviv arasındakı düşmənçiliyə israr etdiyi bir vaxtda Türkiyə Prezidenti Türkiyənin Avropaya qaz nəqli ilə bağlı İsraillə işləməyə hazır olduğunu açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən İsrail Prezidenti İshaq Hersoqun martın ortalarında Türkiyəyə səfər edəcəyini açıqlayıb. Ərdoğan deyib:
“İsrail qazını daxili istehlak üçün ala, hətta İsrail qazının Avropaya ixracında iştirak edə bilərik.”
Maraqlıdır ki, bütün ərəb KİV-ləri gecə-gündüz Türkiyənin Fələstin məsələsində “islami və prinsipial” mövqeyini vurğulayaraq, Aralıq dənizinin şərqində kəşf edilən neft və qazla bağlı Türkiyə ilə İsrail arasında hərbi münaqişə ehtimalının olduğunu deyirdi.
Lakin belə nəzərə çarpır ki, kəşf edilən bu neft və qaz yataqları iki tərəf arasında münasibətlərin möhkəmlənməsi üçün əsas stimul olacaq.
Maraqlısı burasındadır ki, Ərdoğan İsraildən ölkəsi vasitəsilə Avropaya nəql etmək istədiyi qazın Fələstin xalqından oğurlandığını və ondan əldə olunan gəlirin bu xalqın öldürülməsinə sərf ediləcəyini yaxşı bilir.
Ərdoğan ən azı Qəzzə zolağına dəstək verdiyini iddia etdiyi öhdəliyinə əməl etməli və İsrailin ABŞ şirkətləri vaitəsilə Fələstindən qaz oğurluğu əməliyyatlarında iştirak etməkdən daşınmalıdır.
Fələstin xalqına dəstək verməklə bu ölkənin neftinin oğurlanması, Fələstin sərvətlərinin talan edilməsi və Fələstinin mühasirəsində iştirak etmək arasında böyük ziddiyyət var. Türkiyə Prezidentinin əməlləri söylədiklərinin əksini nümayiş etdirir.