Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Xarici İşlər Nazirliyi tərəfindən dərc olunan 2022-ci il insan haqları hesabatı ilə bağlı bəyanat verməklə bu hesabatı pisləyib.
Xarici KİV-in verdiyi məlumata əsasən, Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda dünya terror təşkilatlarının çoxunun qurucusunun Amerika olmasını bildirərək deyib: ABŞ, Kürdüstan Fəhlə Partiyası (PKK), Fəthullah Gülən Partiyası və s. kimi terror qruplarının qurucusu və himayəçisidir.
Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda ABŞ-ın bu terror qruplarının hərəkətlərinə göz yummasına işarə edərək deyib: Amerika tərəfindən hazırlanmış İnsan Haqları Hesabatı, etirbarsızdır. Dərc olunmuş bu hesabat, açıq-aşkar siyasi motivlərlə formalaşıb və obyektivlikdən tamamilə uzaqdır.
Türkiyə diplomatiyası, rəsmi Ankaranın ABŞ tərəfindən hazırlanmış insan haqları hesabatının Türkiyə barəsində əsassız iddialar və düzgün olmayan məlumatlara sahib olmasına görə ciddi qəbul etmədiyini bildirərək vurğulayıb: Türkiyə bu hesabatda irəli sürülən iddiaları əsassız və qərəzli hesab edir və onu pisləyərək tamamilə rədd edir.
Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda ölkəsinin və regionun təhlükəsizliyi üçün bütün terror təşkilatları ilə müabrizənin zəruriliyini bildirərək deyib: Bu hesabatda yalnız PKK-nın 2022-ci ildə Türkiyədəki terror hücumlarının bir hissəsi və bu təşkilat tərəfindən ört-basdır edilməmiş miqyasda insan haqları pozuntusu yer alır. Halbuki, bu terror qrupunun Suriya qolu tərəfindən baş verən hərəkətlərə və insan haqları pozuntusuna işarə belə olunmayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Kürdüstan Fəhlə Partiyası (PKK) 30 ildən çoxdur ki, Türkiyə mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır. Bu təşkilat, Türkiyə hökuməti, Avropa İttifaqı və ABŞ hökuməti tərəfindən terror qrupu kimi tanınıb.