Demokratiya Qavrama İndeksi (DPI) tərəfindən dərc edilmiş nəticələrə əsasən, xüsusi ilə Qəzzə müharibəsində İsraili sarsılmaz dəstəklədiyinə görə ABŞ-ın mövqeyi aşağı düşür.
Xarici KİV-in verdiyi məlumata görə, yeni statistikalar Amerikanın dünya səviyyəsindəki populyarlığının aşağı düşməkdə olmasını göstərir. Vaşiqtonun bu mövqeyi, xüsusilə İsrailin Qəzzədəki müharibəsini qətiyyətlə dəstəkləməsinin ardınca daha da azalır.
May ayının 8-də dərc olunmuş 2024 Demokratiya Qavrama İndeksinə əsasən, Amerikanı dünya boyunca bir güc olaraq görmək, xüsusən əksəriyyəti müsəlmanlar olan ölkələr arasında azalmaqdadır.
Demokratiya Qavrama İndeksi 53 ölkədə cavab vermiş 63 min insanın səsini toplayaraq qlobal gücün demokratiya, geosiyasət və rolunu nümayiş etdirir.
Verilən məlumatın ardında deyilir: ABŞ-ın beynəlxalq imici 2023-cü ilin əvvəllərindən etibarən ləkələnib və bu, xüsusən də müsəlman ölkələrində Vaşinqtonun Qəzzə əleyhinə olan müharibədə İsrail rejimini qeydsiz-şərtsiz dəstəkləməsi səbəbilə daha da artıb.
ABŞ nəşrlərindən biri bu barədə yazıb: Avropada da Amerikanın əvvəlki populyarlığının getdikcə azalmasına şahid oluruq. Mövcud statistikaya əsasən, ilk dəfə olaraq Co Bayden administrasiyasının fəaliyyətə başladığı vaxtdan bəri Qərbi Avropa ölkələrindən bir çoxunun, o cümlədən İrlandiya, Belçika və İsveçrənin ABŞ-a qarşı mənfi baxışları var.
Digər tərəfdən də Asiyada, Şimali Afrikada, Orta Şərqdə və Latın Amerikasında Çinə qarşı müsbət baxış inkişaf etməkdədir.
Müəllif iddia edib ki, Rusiya və Çinin vəziyyətinin yaxşılaşması ilə eyni zamanda Amerikanın tənəzzülə uğramış populyarlığının mənası budur ki, Orta Şərq, Şimali Afrikada və Asiya ölkələrinin əksəriyyətində Moskva və Pekenə qarşı baxışlar müsbətdir.