ABŞ-da ölümcül atışmalar və silahlı zorakılıqlar, daha sərt qanunların qəbulu üçün amerikalı siyasətçilərin ixtilaflarının davamının ardınca, hələ də bir çoxlarının canını alır. Həftə sonu 3 gün tətil boyunca bu ölkədə 8 nəfər öldürülüb və digər 71 nəfər yaralanıb.
ABŞ-dakı silahlı zorakılıqları qeydə alan Silahlı Zorakılığın Arxivi Təşkilatı hesabatında bildirib ki, şənbə günündən (27 Maydan 30-Mayadək) ABŞ-ın 12 ştatında 15 kütləvi atışmada 8 nəfər öldürülüb və digər 71 nəfər yaralanıb.
Ölkədə ən ölümcül atışma şənbə günü (27 May) Nyu Meksikoda motosiklet sürənlərin toplaşmasında baş verib. Bu atışmada 3 nəfər ölüb, digər 4 nəfər isə yaralanıb. Rəsmilər bildiriblər ki, bu atışmanın səbəbkarları motorsiklet sürən dəstələrə bağlı olublar və azı bir nəfər insan ölümündə ittiham olunub.
Digər atışma bazar ertəsi günü (29 May) Florida ştatındakı Hollivud bölgəsindəki bir çimərliyin yaxınlığında baş verib və bu atışmada 9 nəfər yaralanıb. Bu, ABŞ-da ötən 3 gün ərzində kütləvi atışma zamanı ən çox yaralı sayıdır. Bu atışmada yaralananlardan 3-ü uşaq olub.
İkinci kütləvi atışma bazar günü (28 May) baş verib və Fladelfiya yaxınlığındakı bir stadiondan kənardakı maşın dayancağında baş verib və o atışmada 8 nəfər yaralanıb. Məlumatlara əsasən, təhsil ilinin sonunu və həftə sonu tətillərini bayram etməkdən üçün təxminən 100 nəfər gənc maşın dayanacağına toplaşmışdılar.
ABŞ-ın xəbər kanallarından biri də bildirmişdi ki, ötən həmin üç gün ərzində atışma nəticəsində azı 16 nəfər öldürülüb və onlarla insan yaralanıb.
ABŞ-dakı Silahlı Zorakılığın Arxivi Təşkilatı bildirib ki, orta hesabla ABŞ-da hər gün 117 nəfər kütləvi atışmalarda güllə yarası alaraq ölürülür, digər 210 nəfər isə yaralanır.
Eyni zamanda bu təşkilat ABŞ-da hər gün 46 nəfərin silahla qətlə yetirildiyini bildirib.