Son aylarda onlarla tankerlə Suriyadan oğurlanmış nefti İraqa daşıyan Amerikanın işğalçı ordusu, bu dəfə özünün ən böyük oğurluqlarından birinə əl ataraq, bu ölkənin neftini 74 tankerlə qarət edib.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ ordusu neftlə dolu 34 tankerdən ibarət bir karvanı oğurlayıb. Bu karvan qeyri-qanuni “Əl-Məhmudiyyə” keçidi vasitəsilə ABŞ-ın İraqdakı bazalarına tərəf hərəkət edib.
Həmçinin, bu KİV bildirib ki, amerikalı hərbiçilər digər 40 tankeri qeyri-qanuni “Əl-Vəlid” keçidi ilə İraqdakı öz bazalarına göndəriblər.
ABŞ qüvvələri cari ayın 11-i də 77 maşından ibarət iki karvanı, o cümlədən Suriyanın oğurlanmış neftini daşıyan onlarla tankeri qeyri-qanuni Əl-Vəlid keçidi ilə İraqa qaçırmışdı.
Suriya hökuməti dəfələrlə vurğulayıb ki, ABŞ ordusunun, onun dəstəklədiyi silahlıların Suriyanın şərqində və şimal-şərqində bu ölkənin neftini qarət etməkdən başqa heç bir məqsədləri yoxdur. Onların oradakı möcvudluğu qeyri-qanunidir.