Amerika jurnallarından biri dərc etdiyi “Malvin Qudman”ın məqaləsində sionist rejiminin ölüm maşınını və ABŞ-ın onu qeyd-şərtsiz olaraq dəstəkləməsini təhlil edib.
Malvin Qudman solçu ABŞ qəzetlərinin birinin baş məqaləsində yazıb: ABŞ Demokratik Hökuməti, o cümlədən Co Bayden administrasiyası heç zaman “İsrail”in həddi aşmasına və ekstremizminə qarşı durmağa hazır olmayıb.
Çoxsaylı dəlillər ABŞ-ın açıq-aşkar “İsrail” ilə ortaq olduğunu göstərir. O cümlədən Co Baydenin Netanyahu ilə çox səmimi söhbətinə işarə etmək olar. Baydenin bu hərəkəti HƏMAS-ın 7 Oktyabr tarixində işğal altındakı torpaqlara hücumu və ABŞ Xarici İslər naziri Antoni Blinkenin işğal olunmuş Fələstinə səfərindən bir neçə gün sonra baş verib. Blinken bu səfərdə İsrail tərəfinə bildirib ki, o, təkcə ABŞ Xarici İslər naziri kimi deyil, həm də bir yəhudi olaraq işğal olunmuş Fələstinə səfər edib.
Qudman məqalənin davamında Amerikanın hər cəhətdən “İsrail”in Qəzzədəki soyqrımında əli olduğunu bildirib. Bu ölkə işğalçı rejiminin İordaniyanın qərb sahillərindəki siyasətlərini də görməzlikdən gəlib və bu rejimə silah satışını məhdudlaşdıracaq heç bir addım atmayıb. Bununla yanaşı, sionist rejiminin Qəzzədə və Livanda istifadə etdiyi silahların 70%-i də Amerikaya məxsusdur.
ABŞ-ın Livandakı peycer cihazlarının ölümcül partlayışı qarşısında sükutu onun işğalçı rejiminin terror hərəkətlərini pisləməyə meyilsiz olduğunun başqa bir sübutudur.
Yazıçı məqaləsinin davamında yazıb: Sionist rejiminin Fələstin vətəndaşlarının icbari köçü üçün nəzərdə tutduğu proqram, hətta “İsrail hökuməti” qurulmamışdan əvvəl məlum idi. Bu rejimin Qəzzədə və İordan çayının qərb sahillərindəki hazırkı təcavüzləri həmin rejimin köhnə siyasətlərinin bir hissəsidir.
Məqalə müəllifi sonda bildirib ki, Netanyahunun strategiyası HƏMAS və Hizbullahı məhv etməkdir. O, bu yolda israilli əsirlərin yaxud fələstinli və livanlı vətəndaşların əziyyət çəkməsinə heç bir əhəmiyyət vermir. Bayden administrasiyası da bu strategiyaya qarşı olduğunu göstərməyib.