Müstəqil senator Bernie Sanders cümə günü növbəti dəfə İsrailə daha çox silah göndərilməsi üçün ABŞ prezidenti Co Bayden administrasiyasının qərarını tənqid edib.
Amerikalı bu senator ABŞ qəzetlərindən birinin hesabatına reaksiya verərək X sosial şəbəkəsindəki səhifəsində yazıb: Amerika Netanyahuya mülki şəxsləri bombalamağı dayandırması üçün yalvara və növbəti gün isə ona şəhərin bütün məhəllələrini yerlə yeksan edə biləcək minlərlə 2000 funtluq bomba göndərə bilməz.
O, vurğulayıb: Biz İsraillə əlbir olmağa son qoymalıyıq. Daha İsrailə bomba göndərməyin.
Sionist rejiminin Qəzzədə yaşayan fələstinlilərə qarşı cinayətlərinin davam etməsinə baxmayaraq, ABŞ mediaları Amerikanın İsrailə milyardlarla dollar həcmində yeni hərbi yardımlarının gizli şəkildə təsdiqlənməsindən xəbər veriblər.
Vaşinqton İsrailin Qəzzənin cənubunda yerləşən Rəfəh məntəqəsinə qarşı yüzlərlə fələstinli mülki şəxsin həyatını təhdid edə biləcək ehtimal olunan hərbi hücumu barəsində narahat olduğunu iddia etməsinə rəğmən, ABŞ prezidentiCo Bayden administrasiyası son günlərdə gizlin şəkildə İsrailə bomba və qırıcı təyyarəyə şamil olan milyardlarla dollar dəyərində hərbi yardımın ayrılmasına razılıq verib.
Pentaqon və ABŞ Xarici İşlər Nazirliyinin məlumatlı rəsmilərinin sözlərinə görə, yeni silah paketləri MK82 adlanan 2000 funtluq 1800-dən çox bombaya və 500 ədəd 500 funtluq bombaya şamildir.
Əvvəlki məlumatlarda İsrailin 2000 funtluq bombalardan istifadəsinin Qəzzədə mülki şəxslərin kütləvi itkisinə səbəb olduğu bildirilmişdi.
ABŞ qəzeti əlavə edib: İsrailə olunan bu hərbi yardımlar göstərir ki, müharibənin davam etməsi barəsində ABŞ və İsrail arasında fikir ayrılığı yarandığı halda, Bayden hökuməti İsrailə hərbi yardımı Benyamin Netanyahunun hərəkətləri ilə əlaqələndirmir.
Bir Ağ Ev rəsmisi deyib: Biz İsrailin özünü müdafiə haqqını dəstəkləyə davam edəcəyik. Şərti yardım bizim siyasətimiz olmayıb.