Amerikalı seçicilərin fikrincə, Donald Tramp üçün ən yaxşı vəsf “cinayətkar” kəlməsi və həmçinin Amerika Respublikaçılar Partiyasının ilkin seçkilərindəki rəqibi üçün ən yaxşı vəsf “faşist” kəlməsidir.
Xarici KİV-in verdiyi məlumata görə, aparılan bir araşdırmanın nəticələri göstərib ki, Amerikalı seçicilərin çoxunun fikrincə, “cinayətkar” kəlməsi ABŞ-ın keçmiş prezidenti “Donald Tramp” üçün ən yaxşı vəsf və həmçinin “faşist” kəlməsi isə Respublikaçıların prezidentliyə namizədinin təyin olunması seçkilərində onun rəqibi “Ron DeSantis” üçün ən yaxşı vəsfidir.
Qəzetlərdən birinin yazdığına görə, “G.L. Partners” sorğu şirkətinin keçirdiyi sorğuya əsasən, Amerikalı seçicilər ardıcıl olaraq “cinayətkar” daha sonra “təhlükəli” və “iyrənc” sözlərini Donald Tramp üçün ən yaxşı vəsf olaraq seçiblər.
Bu sorğunun iştirakçıları Respublikaçılar Partiyasının ilkin seçkilərindəki Donald Trampın rəqibi “Ron DeSantis” barəsindəki eyni sualin cavabında Florida qubernatorunu ən yaxşı vəsf edən kəlmələr olaraq ardıcıllıqla “faşist”, “irqçi” və “lider”-i seçiblər.
Eyni sual sorğuda iştirak edənlərdən ABŞ prezidenti “Co Bayden” haqqında da soruşulub. Onu vəsfində ən çox seçilmiş sözlər sırayla bunlardır: “qoca”, “bacarıqsız”, “zəif qoca” və “korrupsioner”.
“G.L. Partners” sorğu şirkətinin həmtəsisçisi Ceyms Conson deyib ki, bir kəlmədən ibarət bu sözlər ölkə boyunca seçicilərin ABŞ rəhbərlərinə baxışlarının göstəricisidir. O, bildirib: “ABŞ-dakı növbəti seçkilərdə əsas seçici qrup, yəni müstəqil seçicilər hal-hazırda mövcud olan variantların heç birindən razı deyillər.”
Amerikalı seçicilərin 71%-i ABŞ tarixinin ən qoca prezidenti olaraq rekord qıran 80 yaşlı Co Baydeni prezidentlik üçün “həddindən artıq qoca” hesab edirlər.
Bu sorğuda iştirak edən demokratiya meyilli seçicilərin 49%-i və müstəqil seçicilərin 71%-i Bayden barəsində bu fikirdədirlər.
Bu sorğu, həmçinin onu göstərib ki, bütün seçicilərin 52%-i Co Baydenin prezidentliyə yetişdiyi vaxtdan vəziyyətlərinin daha da pisləşdiyinə inanırlar.