Amerikalı işğalçılar 44 tankerlə Suriya xalqının neft resurslarını işğal etdikləri məntəqələrdən oğurlayaraq İraqa aparıblar.
Mediya mənbələrinin hesabatına əsasən, ABŞ işğalçıları (ötən həftə) “QSD” silahlıları ilə birgə növbəti dəfə işğal etdikləri bölgələrdən yüz tonlarla Suriya neftini ölkənin neft yataqlarından oğurlayıblar.
Xarici KİV-in verdiyi məlumata görə, Suriyanın Əl-Cəzirə yataqlarından oğurlanmış neftlə dolu olan 44 tankerdən təşkil olunmuş Amerikalı işğalçı qüvvələrdən ibarət karvan, qeyri-qanuni Əl-Məhmudiyyə keçidindən işğalçıların İraqın şimalındakı bazalarına tərəf hərəkət edib.
ABŞ qüvvələri Suriyanın oğurlanmış neftini Suriyanın şimalındakı və şimal-şərqindəki qeyri-qanuni keçidlərlə İraqa apararaq qara bazarlarda satışa çıxarırlar.