Amerikada evsizlərin sayı 2024-cü ildə 18% artaraq bu ölkədə evsizliyin tarixi rekordunu qırıb.
ABŞ Mənzil və Şəhər İnkişafı Departamenti bəyanatında bildirib: Ucuz mənzil azlığı böhranı, inflasiyanın və maaşların qeyri-kafi artmasının ardınca Amerikada evsizlərin sayı 771 480 nəfərə çatıb.
ABŞ Mənzil və Şəhər İnkişafı Departamenti ABŞ-da evsiz insanların sayının tarixi rekordu qıraraq ötən illər ərzində ən yüksək həddinə çatdığa işarə edərək, deyib: ABŞ-da 2023-cü ilin Yanvar ayında evsiz insanların sayı 650 000-dən çox olduğu halda, bu rəqəm 2024-cü ilin Yanvar ayında 18%-lik artımla 771 480 nəfərə yüksəlib.
ABŞ Mənzil və Şəhər İnkişafı Departamenti bəyanatına əsasən, Amerikada ucuz mənzil azlığı böhranı, inflasiyanın və maaşların qeyri-kafi artması kimi amillərdən əlavə, səhiyyə və müalicə böhranı və təbii hadisələrin baş verməsi də bu ölkədə evsizlərin çoxalmasına təsir göstərib.
Evsiz Asiya əsilli amerikalılar 40%-lə irqi qruplar arasında ən çox artıma sahibdirlər. Qaradərili amerikalılar təxminən 37%, latın əsillilər isə 33%-lik artıma şahid olublar.
Məlumata əsasən, ən çox evsiz insan Kaliforniya, Nyu York, Florida və Vaşinqtonda yaşayır.
