Aparılmış yeni araşdırmalar göstərir ki, Amerikadakı CIA təşkilatı öz əməkdaşları tərəfindən cinsi təcavüz ittihamları dalğası ilə üzləşib.
ABŞ-da Virciniya və Vaşinqton D.C məhkəmələri bir ildən çoxdur ki, səs-küy salmadan CIA (ABŞ Kəşfiyyat İdarəsi) təşkilatındakı cinsi təcavüzlərlə bağlı işlərə baxır.
ABŞ xəbər tv kanallarından birinin saytı Oktyabrın 9-da yazıb ki, Sentyabr ayında Vaşinqton D.C şəhərinin federal hakimi keçmiş CIA agentini narkotik maddələrin daşınması və 30-dan çox qadına təcavüz cinayəti ilə əlaqədar olaraq 30 il həbs cəzasına məhkum edib.
Verilən məlumata əsasən, yaxın günlərdə bir neçə qadın Konqresdə nəzarət komitələrinə CIA təşkilatındakı cinsi təcavüz və zorakılıqlarla əlaqədar olaraq bağlı qapılar arxasında ifadə verib.
Cari ilin əvvəllərində baş müfəttiş və konqres müstəntiqləri tərəfindən təqdim olunan 600 səhifəlik hesabat CIA təşkilatının əleyhinə olan şikayətlərə baxılmasında ciddi şəkildə pozuntuların olduğun göstərib.
Araşdırmalar, həmçinin onu da göstərib ki, CIA təşkilatındakı cinsi zorakılığın həcmi ABŞ-da milli orta göstəricidən bir qədər yuxarı ola bilər. Bu araşdırmaların nəticəsinə əsasən, respondentlərin 28%-i CIA-da işləyərkən azı bir dəfə cinsi təcavüzə məruz qalıb.
Yeni məlumatlar cinsi təcavüzlərin artdığını və Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) əvvəlki təxminlərindən daha çox olduğunu göstərir.
Braun Universitetinin təhlillərinə görə, 2021-ci ildə orduda 75500-dən çox cinsi təcavüz faktı qeydə alınıb ki, bu da Pentaqonun həmin ildə təxmin etdiyi 35900 faktdan daha çox olub.
Araşdırmaçılar 2023-cü ildə 73600-dan çox cinsi zorakılığın baş verdiyini bildiriblər ki, bu da Pentaqonun təxminlərindən daha yüksək olub.
Hesabatda bildirilib ki, ABŞ həbi qulluqçularının bu ölkənin qüvvələrinə qarşı cinsi istismarı ölkə sərhədlərindən kənarda, o cümlədən Əfqanıstandakı qüvvələrə də şamildir.
Müstəqil məlumatların təhlili cinsi təcavüzün yayılmasının bu ölkənin müdafiə nazirinin rəqəmlərindən 10 dəfə daha çox olduğunu göstərib.